"Azəriqaz"ın sabiq rəhbərinə "İqtisad elmləri doktoru" adı verildi - Ziyad Səmədzadə müdafiədən keçirib, AAK təsdiqləyib

img

02-07-2025 [09:16]


"Azəriqaz"ın sabiq rəhbəri Ruslan Əliyev təkcə "Azərnerji"də departament rəhbəri kimi çalışmır, o, həm də təhsil sahəsindəki dostlarının sayəsində bir "əli"ni də elm sahəsində "saxlayır".

Mia.az-ın əldə etdiyi məlumata görə, Ruslan Əliyev "Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri" mövzusunda "İqtisad elmləri doktoru" elmi dərəcəsi alıb.

O, dissertasiya işini Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında yerinə yetirib: "Sabiq direktorun elmi məsləhətçi professor Məhəbbət Məmmədovdur...".

Ruslan Əliyev Ali Attestasiya Komissiyasının (AAK) Azərbaycan Kooperasiya Universiteti nəzdində fəaliyyət göstərən ED 2.46 Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes Universitetinin birgə Dissertasiya şurasında elmi işini müdafiə edib, AAK isə bir neçə gün əvvəl, daha dəqiqi, iyunun 30-da sözügedən şuranın qərarını təsdiqləyib: "Beləliklə, o, həmin gündən "İqtisad elmləri doktoru" elmi dərəcəsi adına da sahiblənib..."

Onu da bildirək ki, Azərbaycan Kooperasiya Universiteti nəzdində fəaliyyət göstərən ED 2.46 Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes Universitetinin birgə Dissertasiya şurasını sədri deputat Ziyad Səmədzadədir.

Ruslan Əliyevin elmi işinə gəldikdə isə, onun bir nüsxəsi Mia.az-a təqdim olunub. Sahə üzrə ekspertlərdən elmi işlə bağlı münasibət öyrənəcəyik.

Mövzu ilə bağlı adı hallananların mövqeyini də təqdim etməyə hazırıq.

Samir MUSAYEV
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR