İRAN İKİ ÖLKƏDƏKİ ABŞ BAZALARINI VURDU - Ard-arda həmlələr gəldi (YENİLƏNİB)  

img

23-06-2025 [21:49]


İran ABŞ-ın bölgədəki bazalarına raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran ABŞ-ın nüvə oyektlərinə hücuma cavab olaraq İraq və Qətərdəki Amerika hərbi bazalarına ümumilikdə 11 raket  raket fırladıb.

Rəsmi Tehran əməliyyatı uğurlu sayıb: “Bu uğurlu əməliyyatda istifadə olunan raketlərin sayı ABŞ-nin İranın nüvə obyektlərinə hücum etmək üçün istifadə etdiyi bombaların sayı qədər olub".

Məlumatda o da qeyd edilib ki, hücumla bağlı İraq və Qətər hökumətləri əvvəlcədən məlumatlandırılıb. 

İsrail isə bu hücumdan sonra Tehrana indiyə qədərki ən ağr zərbələr endirdiyini bəyan edib.

Qətər XİN isə İranın ərazinə hücumunu qınayıb və cavab vermək haqqını qoruduğunu gizlətməyib.

Bu arada isə İranın müdafiə naziri Əmir Hətəmi Rusiya və Belarus müdafiə nazirləri ilə telefonda danışıb.

ABŞ prezidenti Donald Tramp isə hökuməti təcili toplantıya çağırıb.

İraq, Bəhreyn, İordaniya və digər bölgə dövlətləri isə hava məkanlarını bütün uçuşlara qapadıblar.

Lamiyə

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:56 23.06.2025

Unun qiyməti açıqlandı

12:36 23.06.2025

Sabah yağış yağacaq