Rusiyada 4 qadınla evlənməyə fətva verildi, bəs Azərbaycanda? - Deputat "Əxlaqsızlıqdır, vəssalam!" deyir

img

23-06-2025 [12:29]


"Dörd qadınla evlənmək icazəsi barədə qərarı çıxaran Rusiya Müsəlmanları Ruhani İdarəsi qələt edib. Dörd qadınla evlənməyə pis baxıram, əxlaqsızlıq kimi dəyərləndirirəm. Bilmirəm, bu qərarı kim verib. Kim veribsə, səhv edib".

Mİa.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

"O vaxt bu qanunu çıxarında ölkədə müharibə gedirdi, qadınlar başsız qalmışdılar. Buna görə dörd qadınla evlənməyə icazə vermişdilər. Həmin vaxtdan 1400 il keçib. Əxlaqsızlıqdır, vəssalam!"

Xatırladaq ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Bu qərar Azərbaycanda da müzakirəyə səbəb olub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:56 23.06.2025

Unun qiyməti açıqlandı

12:36 23.06.2025

Sabah yağış yağacaq