ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

img

23-06-2025 [09:14]


İsrail-İran münaqişəsi başlayandan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir.

Məlumata görə, gün ərzində kiçik qruplar şəklində xarici vətəndaşlarının Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təxliyəsi həyata keçirilir.

Bir qədər əvvəl də 10 nəfərdən artıq ABŞ və digər xarici ölkə vətəndaşları Azərbaycana təxliyə olunub. Amerika vətəndaşı Aborzi Aborinq bildirib ki, sərhəddə keçid üçün rahat şərait yaradılıb: “Azərbaycan dövlətinə təxliyə üçün öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA