Prezident İlham Əliyev Kahramanmaraşda - "Azərbaycan" məhəlləsinin açılışı oldu (YENİLƏNİB)

img

19-06-2025 [17:24]


Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı olub.

Mia.az xəbər verir ki, mərasimdə açılışın rəmzi lenti kəsilib.

Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində ailələrə mənzillərin açarları təqdim olunub.

***

Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

 Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 19-da Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.

Mia.az xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR