Əli Əsədov bp şirkətinin baş icraçı direktoru görüşüb

img

19-06-2025 [16:17]


Baş nazir Əli Əsədov iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, gündəlikdə duran perspektivli layihələr nəzərdən keçirilib.

Eyni zamanda, SOCAR ilə bp arasında mövcud əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

M.Aukinkloss BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunan regional prezidenti Ciovanni Kristofolini Ə.Əsədova təqdim edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA