Bolqarıstanın İrandakı səfirliyini Bakıya köçürüb

img

19-06-2025 [15:52]


Bolqarıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıdan davam etdirəcək.

Bu barədə bu gün Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib.

"Biz İrandakı səfirliyi bağlamırıq, təhlükə sovuşana qədər onu Bakıya köçürürük", - Baş nazir deyib.

Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Budapeşt Yaxın Şərqdə gərginliyin artması fonunda Macarıstanın İrandakı səfirliyini müvəqqəti olaraq Azərbaycana köçürmək qərarına gəlib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA