"Qalatasaray" "bombanı partladır" - Məşhur futbolçu bu gecə İstanbula gəlir

img

12-06-2025 [00:05]


"Qalatasaray" sensasiyalı transferə imza atmaq üzrədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iki gündür "Qalatasaray"ın transfer gündəmində olan 29 yaşlı keçmiş "Bavariya"lı Leroy Sane bu gecə İstanbula gələcək.

Məlumatda deyilir ki, ardıcıl 3-cü dəfə ölkə çempionu olan "Qalatasaray" yeni mövsümdə Çempionlar Liqasında da iddialı çıxış etməyi planlayır: "Bunun üşün "Bavariya" ilə yollarını ayıran Leroy Sane və digər bir neçə güclü futbolçunu heyətinə cəlb edəcək"

Xatırladaq ki, 29 yaşlı Sane 10 nömrə mövqeyi ilə yanaşı, sağ və sol cinahlarda oynaya bilir.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR