Nənə 2 yaşlı nəvəsi ilə birlikdə özünü Kürə atıb

img

18-08-2014 [13:35]


Azərbaycanda nənə və nəvə intihara cəhd edib. Şirvan Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün baş verib.

Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Dilşad Cəbrayılova nəvəsi, 2 yaşlı Tofiq Cəbrayılovla birgə özünü körpüdən Kür çayına atıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində hər iki şəxs xilas edilib.

Polisdən həmçinin bildirilib ki, nəvəsi ilə birgə intihar etmək istəyən qadın ruhi xəstədir. Hazırda hadisənin səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində ("Əli Bayramlı” sularda xilasetmə məntəqəsindən 700 m sola nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özünü körpüdən çaya atıb.


Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Vətəndaşlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA