MN: "Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"

img

10-06-2025 [11:14]


Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, sözügedən döyüş sursatları iyunun 10-13-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR