37 yaşlı şəxs ürəyindən vurulub - Mərhumun arvadından şok açıqlamalar (YENİLƏNİB)
30-05-2025 [11:21]
Cəlilabad şəhərində münaqişə zəminində baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
Cəlilabad rayon Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.
Bəhruz Hüseynovun həyat yoldaşı Fəridə Hüseynova APA-ya bildirib ki, yoldaşı axşam saatlarında işdən evə qayıtdıqdan sonra hamam otağından gələn səsləri eşidib. Evdə bacısının qızının da olması səbəbilə əvvəlcə vəziyyətdən şübhələnməyib. Lakin hamamın qapısını açdıqda orada bacısı ilə birlikdə yad bir şəxsi, Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.
Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə bir zərbə endirib. İkinci zərbəyə isə mərhumun həyat yoldaşı mane olub. Bundan sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.
Ağır yaralanan Bəhruz Hüseynov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Məlumata görə, mərhum avtomobil ustası kimi fəaliyyət göstərirdi və ailəli idi. Bəhruz Hüseynov artıq doğulduğu rayonda dəfn olunub. Onun iki övladı var.
***
Cəlilabad sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata görə, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.
B.Hüseynov ürəyindən bıçaq xəsarəti alıb.
Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır(Report).
***
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Hadisə Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu ürəyindən bıçaq xəsarəti alıb.
Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır(Report).
Ağdərədə 47 yaşlı mülki şəxs minaya düşüb
Nəsimi rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər davam edir - FOTOLAR
Numan Kurtulmuş yenidən spikerliyə namizəd olub
"Real Madrid" "Liverpul"un oyunçusu ilə anlaşıb - 6 illik müqavilə
"Milan"ın yeni məşqçisi bəlli oldu
"I-IV ixtisas qrupları üzrə imtahan da eyni səviyyədə olacaq” - DİM sədri etirazları belə cavablandırdı
Aparat rəhbəri vəzifədən çıxarılıb
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Yaponiya Suriyaya qarşı sanksiyaları qismən ləğv edib
Bakıda narkokuryerlərə qarşı əməliyyat: saxlanılanlar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank üç günlük məzənnəni açıqladı
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
85 deputat spikerə müraciət edib - Növbədənkənar sessiyası çağırıldı, daha 7 məsəlı müzakirə olunacaq (YENİLƏNİB)
Pekin ABŞ-a nota verdi- Tələbələrin vizalarının ləğvi ilə bağlı
Tiktoker Vüqar Zeynalzadə azadlığa buraxılıb
Müdafiə Nazirliyi: "Bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır"
İyun ayında hava necə olaacq? - Proqnoz
İsrail ordusu Qəzzaya yenidən bomba yağdırıb - 20 nəfər ölüb
Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçilib - Xarici İşlər Nazirliyi məlumat yayıb
Zakir Həsənov vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub
Deputatlar tətilə çıxdı
ABŞ Maliyyə nazirindən etiraf: "Çinlə danışıqlar dalana dirənib"
İCRA MƏMURLARININ SƏLAHİYYƏTİ GENİŞLƏNİR - Məhkəmə qərarlarının icra ödənişi artırılır
Luka Modriç: "Arda Gülər mənə gəncliyimi xatırladır"
İyunun 3-də Mingəçevirdə qaz olmayacaq
Ceyhun Bayramov Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - XİN-dən açıqlama
Xəzər dənizində zəzlələ olub
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət sərhədini pozanlar boğulmaq üzrəykən xilas olunublar - DSX xəbər yaydı (FOTOLAR)
Çempionlar Liqasının finalı: ilk dəfə üz-üzə gələcək komandalar...
Eltisini mətbəxdə əməliyyat edən həkim... - Məhkəmə qərar verdi
İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - FOTOLAR (Yenilənib)
Milli Məclis üzvləri İlham Əliyevlə Mehriban Əliyevanı təbrik edib
Müsavatın rayon təşkilatının keçmiş sədri canına qıyıb - Beşmərtəbəli evin damından özünü atıb
Departament rəsmisi Bakıya gəlib
Azərbaycan nefti ucuzlaşdı
''Biz geri dönəcəyimizi bilirdik''
3000 illik Maya şəhərinin qalıqları tapılıb