SURAXANIDA HOQQA VERƏN YÜK SÜRÜCÜLƏRİ və ŞİRKƏT RƏHBƏRLİYİ... - Sakinlər etiraz edir (VİDEO, FOTO)

img

23-05-2025 [08:12]


Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin bir addımlığında yaşayış biinası tikən "Günəş" MTK" və onun yük maşınlarının sürücüüləri gecə-gündüz məhəllədə hoqqa verirlər.

Bu barədə Mia.az-a Suraxanı MKTB-nin və Qaraçuxur icra nümayəndəliyinin binasının yerləşdiyi küçənin sakinləri şikayət məktubu göndəriblər.

Onlar əvvəlcə şirkətin günü gündən əhalinin istifadəsində olan küçəni daraldaraq qanunsuz zəbt etməsinə diqqəti çəkiblər: "Sizə küçənin necə zəbt olunması barədə foto və videolar göndəririk. Qırmızı xətlə işarələdiyimiz fotoya baxın. Belə özbaşınalıq olar?! Küçə daraldılıb, yolun asfalt örtüyü yox edilib. Yük maşınları buranı özlərinin oylağına çevirib. Buradan necə məktəbə uşaq yola salaq? Hanı buranın icra başçısı? Adil Əliyevin başı yalnız şadlıq evlərində idmançılarla şou verməyə qarışıb. Niyə rayonla, sakinlərin haqlı problemi ilə maraqlanmır? Ayıbdır vallah. Bir az da şoudan aralanıb camaatın problemləri ilə, rayondakı özbaşınalıqların qarşısını almaqla məşğul olun.... 

Qaldı Günəş MTK-nın bizə verdiyi zülmə, gah deyirlər bu şirkət Suraxanının keçmş icra başçısına (hazırda Beyləqanda icra başçısıdır - Mia.az), gah da deyirlər Prezidentin köməkçisi Kərəm Həsənova məxsusdur. Hərçənd, bunlar, yəni hər ikisi eyni "kruq"un üzvləridir. Bununla işimiz yoxdur. Lakin bu adamlar ağzını aşan kimi dövlət və dövlətçilikdən, Prezidentə sədaqətdən danışırlar. Ancaq görünən budur ki, bunlar nə ölkə rəhbərliyini, nə indiki icra başçı Adil Əliyevi, nə Bakı meri Eldar Əzizovu, nə də xalqı sayır. Kimdir axı bunlar?! Belə zülm olar?! Pul bunlar üçün hər şeydən üstündürmü? 

KAMAZ və digər yük maşınları səhərədək küçədə xodlu vəziyyətdə saxlanılır, siqnal verirlər, bağıra-bağıra danışırlar. Buranın yiyəsi, sahibi yoxdurmu?!

Qeyri vaxtı balaca taqqıltı gələn kimi polislər tökülür. Lakin nə sirdirsə, icra nümayəndəsinin iki addımlığında baş verən bu həngaməni kimsə görmür, yaxud görmək istəmir. Niyə axı? 3-5 məmurun pul hərisliyinə görə biz zülmdə yaşamalıyıq? Bunu Allah götürərmi?"

Sakinlər deyir ki, bu MTK  məhəllədə uşaqların oynadığı ərazini də ələ keçirərək bina tikir: "Baxın, Leyla Əliyeva İDEYA birliyinin vasitəsilə məhəllələrdə abad həyət salır, bunlar isə acgöz kimi uşaqların oynadığı yeri də ələ keçirdi. Belə həyasızlıqla hər yeri, o cümlədən küçəni də zəbt edirlər. Vaxtilə Nizami rayonunun icra başçısı belə hoqqaların qurbanı oldu. Maraqlıdır, bəs Suraxanıda niyə belə sərt tədbirlər görülmür?".

Sakinlər sonda prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya üz tutaraq onlara köməklik göstərilməsini xahiş ediblər: "Acizanə şəkildə Sizdən xahiş edirik, bu şirkətin və yük maşınlarının sürücülərinin hoqqalarına son verilməsi üçü müvafiq qurumlara tapşırıq verin..."

Samir MUSAYEV

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 23.05.2025

Sabah yağış yağacaq