Bakıda yaşlı kişi arvadını öldürdü

img

13-08-2014 [11:19]


Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Layiq Axundov həyat yoldaşı, 1947-ci il təvəllüdlü Lətifə Axundovanı öldürüb. Cinayəti törədən Layiq Axundov polis idarəsinə gedərək evinə basqın olduğunu və həyat yoldaşının qətlə yetirildiyini bildirib. Araşdırmalar zamanı Layiq Axundovun yalan danışması üzə çıxıb. Onun həyat yoldaşını bıçaqlayaraq öldürməsi məlum olub. Layiq Axundov həbs edilib. Faktla bağlı cinayət işi başlanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA