Bakıda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı

img

13-08-2014 [11:14]


Bakıda ağır yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi "VAZ-2107” markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı "KamAZ” markalı yük maşınına çırpıb.
Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
"VAZ-2107”də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA