Tramp "TikTok"la bağlı hansı qərarı verəcək? - Vaxt uzadıla bilər

img

05-05-2025 [08:46]


ABŞ-da TikTok-la bağlı müəmma davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Çonə məxsuis şəbəkənin bağlanıb-bağlanmayacağı haqda bu günlərdə növbəti qərar verəcəyi gözlənilir.

Məsələ ilə bağlı Tramp bildirib ki, TikTok-u qadağan olunması və ya Amerika şirkətlərinə satılmasi yönündə verdikləri tapşırıqğa əməl edilməzsə, qarşı tərəfə təkrar əlavə vaxt tanına bilər: "Razılaşma olmazsa, vaxtı uzada bilərik. TikTok ABŞ-da gənclər arasında populyardır. Biz bundan imtina etmək istəmirik. Lkain anlaşma olacaq"

Xatırladaq ki, TikTok Amerika şirkətinə satılmadığı üçün bu ilin yanvarın 19-da bloklanıb, lakin eləə həmin günü də yenidən açılıb.

Tramp isə bu qanunun icrasını 75 gün müddətinə təxirə salan sərəncam imzalayıb. Aprelin 4-də isə bu müddət bitib.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA