"Prinsip, qətiyyət göstərib silməyin, Aynur xanım" - Emil Rasimoğlu YAZIR

img

04-05-2025 [10:06]


Emil Rasimoğlu,

şair-publisist

***

"Demək, jurnalist Aynur Camal mətbuatın bütövlükdə qəzetçiliyə qayıtması ilə bağlı məsələ qaldırır... və səbəb də onu göstərir ki, xəbər portallarında, agentliklərdə yayımlanan materiallar sonradan kimlərinsə zəngi ilə silinə bilir...

ƏVVƏLA, ONU DEYİM Kİ, əslində, Aynur Camal öncə qaldırdığı məsələdə (özü də daxil olmaqla!) Azərbaycan mətbuatındakı media rəhbərlərinin bir çoxunun idarə olunmasını, eləcə də iradəsizliyini (etiraf edib) ortaya qoyur.

AMMA və LAKİN məsələnin həll yolunu göstərməkdə (bilərəkdən və ya bilməyərəkdən!) yanlışlığa yol verir... Adama deməzlərmi, ey gözəlim məmləkətin jurnalisti, yayımlanan bir materialın informasiya orqanından silinməsinin SƏBƏBİ mətbu orqanın onlayn olması YOX, baş redaktorun mövqesizliyi, prinsipsizliyi, qətiyyətsizliyidir!

Prinsip, qətiyyət göstərib silməyin (silməsinlər) də, Aynur xanım. Niyə silirsiniz, niyə silirlər?!

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir