Evimizə "girən" marketlər: Ərzaq təhlükəsizliyimizi onlar necə qoruyur?
03-05-2025 [13:29]
Məhəllədəki marketə düşdüm o gün. Amma bildiyiniz məhəllə marketi, yəni dədə-babadan tezbazar qaçıb alış-veriş etdiyimiz yer deyil.
“Araz” Marketlər Şəbəkəsinin bir kiçik filialıdı: “SparTac Yasamal”. Hamı bilir, böyük marketlərin məhəllələrdə, evlərin, binaların arasında, ara küçələrdə də belə balaca yerləri var. “Balaca” deyəndə ki, elə balaca da deyil, içində hər şey var.
Su aldım, duşes limonad. Qazlı olur belə sular, bilirsiniz də, elə üstündə də “çox qazlı” oldugu yazılmışdı. Gətirdim atdım soyuducuya. Bir gün sonra açdım, özü də ehtiyatla, birdən qazı çalxalanıb üstümə dağılmasın deyə. Sıfır qaz, heç “fıss” eləmədi butılka. Hər ehtimala dedim, süfrəyə qoymazdan əvvəl bir az içim. Zəhər-zəqqum. Həm sudan gələn qoxu, həm də dadı çox ağır və acı idi. Qazlı suda acılıq var, düzdü. Amma bu, başqa acılıq idi, qorxulu idi və mən onu qoydum bir tərəfə. Üstündəki tarixə də baxdım: 26 iyun 2024-də Rusiyada istehsal olunub, azərbaycanca açıqlama vurulub üstünə və yazır ki, 1 il istifadə müddəti var. Suyu aprelin 23-də almışdım. İstifadə müddətinin bitməsinə də hələ 2 ay var. Nə baş verirdi? Axı niyə belə olsun?
Təbii ki, mən bunun araşdırmasını apardım.
Yeməyimiz bol, içməyimiz bol
Başlayaq ondan ki, indi ayağımızı basdığımız hər yer marketdi.
Ac qalmaq ehtimalımız yoxdur.
Süfrənin bol olmasının əhvalımıza təsir etdiyini deməyə də ehtiyac yoxdur, məncə. Evdə yemək-içmək olanda rahat olur insan. Üstəlik, indi həm ərzaq, həm də market bolluğudu. Bir neçə il əvvəl şəbəkələşmiş marketlərin artması insanlara təəccüblü gəlsə də, indi hər kəs bu iqtisadi zərurətin mahiyyətini anlayır.
Çünki hər məhəlləyə, az qala evimizin içinə qədər gəlib çıxan şəbəkə marketlərinin ölkəmizin iqtisadi həyatındakı rolu təkcə yerli iqtisadi amillərlə bağlı deyil. Burada beynəlxalq tendensiya və ölkəmizin qlobal şəkildə iqtisadi əməkdaşlıq strategiyası rol oynayır. İlk növbədə söhbət ərzaq təhlükəsizliyinin təmin edilməsindən gedir.
Əslində son 10 ildə görünən odur ki, böyük, şəbəkələşmiş marketlərdə həqiqətən ərzaq bolluğu var, yəni, ərzaq təhlükəsizliyi siyasəti uğurla müdafiə olunur.
Bununla yanaşı, şəbəkə marketlərində təkcə ərzaq yox, insanın ehtiyacına uyğun hər şey satılır. Son illərdə şəbəkə marketlərinin sayəsində ölkədə “quş südündən başqa hər şey var” deyimi yaranıb. Nəinki ərzaq, marketlərin qeyri-qida sektoru ilə əməkdaşlığı sayəsində şəbəkə marketinə girəndə ərzaqla yanaşı, evin bütün ehtiyaclarını ödəyə bilirsən. Mağazaları dolaşmağa ehtiyac qalmır.
Ümumiyyətlə, qlobal dünyada ərzaq təhlükəsizliyi məsələsi bütün ölkələrin milli-iqtisadi təhlükəsizlik sisteminin ən mühüm tərkib hissələrindən biri hesab olunur. 1960-cı illərdən başlayaraq əhalinin yüksək sürətlə artması və yaşam tərzinin dəyişməsi insanların hətta zəruri ərzaq məhsullarına çıxışını belə məhdudlaşdırdı. Təbii ərzaq məhsullarının tədarükü mövcud ehtiyacları qarşılamadı və dünya dövlətləri bu vəziyyətdən çıxış yollarını dəfələrlə müzakirə etdi. Təklif olunan bəzi çıxış yolları isə qida təhlükəsizliyi prinsipləri ilə üst-üstə düşmürdü. Çünki davamlı və dayanıqlı ərzaq ticarətində məhsulların kimyəvi və mikrobioloji təhlükəsizliyi sual altında idi.
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı təşkilatının hesablamalarına görə, 2030-cu ilə qədər əhalinin ərzaq ehtiyaclarının daha 50 % artacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, hazırda bütün dünyada kompleks ərzaq-tədarük zəncirində problemlər mövcuddur. Aqro ərzaq məhsullarının ticarətini təşkil edən şəbəkə (İFTN) hazırda 7 ölkənin hökmlanlığı altındadır, onlar aqrar və ərzaq sektorunun 70 faizindən çoxuna nəzarət edir.
2014-cü ildə Böyük Britaniyanın “The Economist İntelligence Unit” araşdırma şirkətinin dünyanın 109 ölkəsində apardığı ərzaq təhlükəsizliyinə dair illik hesabatına görə, ölkəsini ərzaqla təmin edə bilən ölkələr arasında Azərbaycan 62-ci yerdə dayanır. Bizim siyahıdakı qonşularımız Boliviya və Hondurasdı.
Ümimiyyətlə, ölkələrin ərzaq təhlükəsizliyi müzakirə olunarkən 3 istiqamət əsas götürülür:
- Ərzaq məhsullarının əlçatanlığı;
- bolluq;
- Keyfiyyət və təhlükəsizlik səviyyəsi.
Ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi dövlət yanaşması var və Dövlət Proqramına uyğun olaraq hər il yüz milyonlarla vəsait kənd təsərrüfatının inkişafına yönəldilir. Nə üçün? Çünki ekspertlərin araşdırmasına görə, ərzaq təhlükəsizliyi reytinqini qaldırmaq üçün Azərbaycan kənd təsərrüfatı və aqrar sektora dəstəyini daha da artıqmalıdı.
1996-cı ildə Azərbaycan “Dünya ərzaq təhlükəsizliyi haqqında Roma bəyannaməsi”nə qoşulub və həmin sənədə imza atan 173 iştirakçı ölkə ilə birlikdə üzərinə bir sıra öhdəliklər götürüb. İqtisadçı ekspert Vüsal Rəhimov bildirir ki, bu istiqamətdə daha dayanıqlı nəticələrə nail olmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm verilməlidi: “Bu əməkdaşlığı təmin edən şirkətlərin arasında şəbəkə marketləri şirkətlərinin xüsusi rolu var. Onların beynəlxalq əməkdaşlığı çərçivəsində tanınmış market brendlərinin ölkə təmsilçiliyi təşkil edilir”.
Əslində, şəbəkə marketinqi qlobal dünyada böyük dövlətlərin biznes şirkətlərinin uğurlu iqtisadi siyasəti kimi özünü çoxdan təsdiq edib. Bu, təkcə ərzaq sektoruna aid deyil. Bir tərəfdən bu tendensiya kiçik biznesin sıxışdırılması və monopolik yanaşma kimi qəbul edilsə də, digər tərəfdən konkret biznes sahəsi üzrə iflasın qarşısının alınması, böhran vəziyyətlərdə idarəetmənin saxlanılması, batmaqda olan, amma konkret əhali qruplarının marağında olan sahələrin xilas edilməsi, həmçinin, davamlı və dayanıqlı biznesin təşkilinə səbəb olduğu üçün ürəklə dəstəklənir.
Kəndin dadı marketdə
Bunu da ürəklə deyə bilərik. Şəbəkə marketləri kiçik və orta sahibkarla əməkdaşlıq çərçivəsində təkcə pul qazanmır, həm də alıcıya çıxış tapmaqda çətinlik çəkən sahibkarlar üçün dayanıqlı satış məkanı yaradır. Hazırda ölkədə fəaliyyət göstərən şəbəkə marketlərində müxtəlif kənd məhsullarının birbaşa istehsalçıdan tədarük etmə şərti ilə satışı mövcuddur və bu, təbii məhsulların birinci əldən müştəriyə təqdim olunması deməkdir.
Şəbəkələşmiş marketlərin ərzaq təhlükəsizliyinin təminatı baxımından uğurlu siyasətə malik olduğunu biz COVİD-19 pandemiyası dövründə daha yaxşı gördük. Pandemiyanın ilk ayını çıxmaq şərtilə, qalan bütün qapalı müddət ərzində şəbəkə marketləri inadla satış bazarını və ərzaq tədarükünü sabit tutdu və fasiləsiz ərzaq satışının stabilliyini qoruyub saxladı. Məhz bu dövrdə ərzağın ünvanlara çatdırılması fəaliyyəti aktivləşdi və indi də marketdən ərzaq sifarişi aktuallığını qoruyub saxlayır.
Şəbəkə marketlərinin qlobal iqtisadi böhranlara dözümlü olmasını şərtləndirən amillərdən biri də kənd təsərrüfatı və aqrar sahəyə inteqrasiyalı şəkildə iş qurmasıdı. Kəndin dadını şəhərə daşımaq bütün ərzaq tədarükçüləri üçün prioritet olsa da, bu, elə də asan məsələ deyil. Kənd məhsulları əlavə qatqılarsız olduğu üçün saxlanma qaydalarına sərt şəkildə əməl olunmasını vacib edir.
Ekspertimiz Vüsal Rəhimovun sözlərinə görə, pərakəndə satış müəssisələrindən fərqli olaraq, şəbəkə marketlərində müvafiq anbarların və saxlanma yerlərinin mövcudluğu onlara kəndin dadını şəhərdə sabit saxlamağa imkan verir: “Söhbət təkcə məhsulun çatdırılması deyil, həmçinin, sanitar-gigiyenik qaydalara uygun olaraq saxlanması və beləliklə qida təhlükəsizliyinin təmin olunmasından gedir. Eyni zamanda, kənd istehsalçısının da iqtisadi marağı qorunur, çünki o, həmişə məhsulun topdan satışına üstünlük verir. Tədarükçünün müvafiq saxlanma şəraitinin olması bu baxımdan vacibdir”.
Şəbəkə marketlərinin kənd bazarına nüfuz etməsinin kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının satış sisteminə mənfi təsirinə aid fikirləri də unutmuruq. Çünki şəbəkələşmə deyəndə, ilk növbədə inhisar və monopoloya yada düşür. Azad bazar rəqabətinə tamamilə zidd olan monopoliya siyasəti isə şəbəkə marketlərinə aid edilmir. Ekspert bildirir ki, şəbəkə marketlər şəbəkəsinin ən yaxşı nümunəsini ölkəmizdə “Veysəloğlu” Şirkətlər Qrupu yaradıb: “Bu şirkətə daxil olan şəbəkə marketlərində kiçik və orta sahibkarların, fermer təsərrüfat sahiblərinin məhsullarının təqdimatı əslində reklamın bir növü sayılır. Bunu monopoliya yox, birgə əməkdaşlıq və dəstək kimi qəbul etmək lazımdı”.
Deməli, şəbəkə marketləri topdan və pərakəndə satış imkanları ilə aqrar sektora aid subyektlərin stabil satış bazarını təmin edir ki, bu da ərzaq təhlükəsizliyi siyasətində önəmli addımdı. Əvvəllər kənd məhsulları üçün ilin konkret günlərində kənd təsərrüfatı yarmarkalarını gözləyən böyük şəhərlərin əhalisi üçün indi ən münasib satış yerləri elə şəbəkə marketləridi.
“İmportnı mal” axtaranlar neyləsin?
Əhalinin müəyyən bir kateqoriyasının yerli malı, yəni yerli istehsalı bəyənməyib, “import” axtarmasını düzü, əvvəllər çox qınayırdım. Əlbəttə, bir sıra dünya brendləri var ki, onların məhsuluna üstünlük verirsən. Məsələn, yağlar, makaron məhsulları, şirniyyat (konfet), alkoqollu içkilər və s. Amma süd və süd məhsulları, ədviyyat, pendir və kolbasa məhsulları üçün niyə “import” məhsul axtarasan ki? O ərzağın ki, istifadə müddəti çox azdı, onun yollarda daşınması və müxtəlif anbarlarda saxlanma müddətini də nəzərə alsaq, aydın məsələdi ki, bu məhsulun təbiiliyindən əsər-əlamət qalmaz. Bu qədər müddətdə xarab olmaması üçün ərzağın kimyəvi tərkibi “bol” olmalıdı.
Amma müştəri tələbatı var və ekspertimiz deyir ki, marketlər bu ehtiyacı çox yaxşı bilir və qiymətləndirir: “Söhbət təkcə məşhur brendlərin gətirilməsindən getmir. Hazırda həm region ölkələri, MDB məkanından, eləcə də Avropa ölkələrindən gətirilən ərzaq markaları var ki, şəbəkə market şirkətləri bu əməkdaşlığın fonunda, həmçinin, Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından iqtisadi gücünün formalaşdığını və etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, ölkəmiz artıq ərzaq təhlükəsizliyi üzrə “az riskli ölkələr” siyahsındadı və bu sahədə “inkişaf etməkdə olan” ölkələr qrupuna daxil edilib”.
Azərbaycanda ərzaq idxalı baxımından ən uğurlu təcrübə “Veysəloğlu” Şirkətlər Qrupuna aiddir. Onların nümunəsində biz dünyaca məşhur marketlərin təmsilçiliyinin yaradılmasının şahidiyik. Məsələn, “Spar” Avropada məşhur market şəbəkəsidi. Onun adının ölkəyə gətirilməsi uğurlu beynəlxalq əməkdaşlıq təcrübəsi sayıla bilər.
İdxalat prosesinə şirkətlər daha böyük məsuliyyətlə girir. Çünki məhsulun daşınması və saxlanması ilə yanaşı, eyni zamanda, onun istehsalat prosesinin də təhlükəsiz olduğuna əmin olmaq lazımdı. Mənşəyi bilinməyən və istehsalat prosesi şübhəli olan ərzağın məsuliyyətini idxalçı daşıyır. Məsələn, elə mənim marketdən aldığım su Rusiya istehsalıdısa və onun qida təhlükəsi varsa, market mənə “biz neyləyək, onlar hazırlayıb, bizim işimiz satmaqdı”, - deyə bilməz. Ərzağı mənə kim satırsa, kim təqdim edirsə, məsuliyyət də onundur. Düzdür, şirkət qapalı qablaşdırılan məhsulu görə bilməz, amma onun mənşəyindən də istehsal prosesinin təhlükəsizliyindən əmin olmalıdı. Bəs, müxtəlif beynəlxalq standartlar nə üçündür?
Hazırda bəzi MDB ölkələrində qida sənayesi subyektləri hələ də sovetdən qalma QOST standartları ilə işləyir. Beynəlxalq standartlar da var. İdxalçı şirkətin təmsilçiləri konkret standartlar çərçivəsində məhsulu ölkəyə gətirə bilər.
“Bravo” Marketlər Şəbəkəsinin 20 Yanvar dairəsindəki böyük filialında idxal edilən yağın formasının deformasiya olmasının səbəbini soruşanda xanım mənə maraqlı cavab vermişdi: “Yolda (!?) əriyib, amma tez soyuducuya qoymuşuq”. Mən uzaq ölkələrdən gələrkən yolda əriyən və sonra bərkiyən yağın dadından necə məmnun qala bilərəm? Onun təhlükəsizliyindən heç danışmıram.
Və yaxud “Army Market”in Biləcəridəki filialından aldıgım və kənd məhsulları bölməsində satılan, yerli sahibkarların istehsalı olan kəkotunun içindən qurd çıxanda və market təmsilçisi “bu mal bizim deyil, gedin, həmin şirkətə deyin”,- ədası ilə mənə cavab verəndə, başa düşdüm ki, biz ərzaq təhlükəsizliyini təmin etsək də, “malımız bol olsun”, prinsipinə uyub qidanın təhlükəsizliyinin vacibliyini unutmuşuq.
Pişiklərə böyük məhəbbətlə
Market şəbəkələşməsinin əslində, qida təhlükəsizliyi baxımından üstünlüyü var. Ayrı-ayrı məhəllə marketlərindən fərqli olaraq bizim şəbəkələşmiş marketlərə önəm verməyimizin başlıca səbəbi elə saglam və təhlükəsiz qida əldə etməkdir. Hamı düşünür ki, məhəllə marketində rəflərdə günlərlə qalan, saxlanma şəraiti şəffaf olmayan, bəzən heç mənşəyi bəlli olmayan ərzağı şəbəkə marketində satmazlar. Şəbəkə marketlərində mərkəzləşdirilmiş nəzarət var, saxlanma şəraiti standartlara uyğun olur və şikayətini hüquqi qaydada müdafiə edə bilirsən. Maraqlıdır, pul qazanmaq istəyinin marketinq dünyasının təməlini təşkil etdiyi dövrdə qida təhlükəsizliyi şəbəkə marketləri üçün hansı əhəmiyyət daşıyır, bu təhlükəsizliyin təminatı varmı və qanunlar adətən kimi müdafiə edir?
Məsələn, elə həmin “Bravo”nun Yeni Yasamal filialında mən dəfələrlə satıcılara və inzibatçılara pendir, şor məhsulları olan vitrində milçəklərin dolaşmasından narazılıq etmişəm. Bir dəfə dedilər, “milçək balacadı, narahat olmayın”. Sonra dedilər, müdiriyyətə deyərik. Bir dəfə də söz verdilər ki, dərmanlayacaqlar marketi. Axırıncı dəfə satıcı qız boynunu büküb, fağır-fağır “neyləyək, ay xanım, vitrin açıqdı, milçəklər gəlir”, - deyəndən sonra bu mövzunun başını buraxdım və bacıma dedim ki, kənddən gələn olsa, mənə də şor, pendir, kəsmik gətirsin.
Şəxsən şahidi olmasam da, sosial şəbəkələrdə pişiyin marketlərdən birində toyuq məhsullarının üzərində necə gəzdiyini görmüşəm. Siz də görmüsünüz yəqin. Marketlərdən bir başqa birində isə pişiyin ağzı ətə çatmasa da, şirniyyat vitrinlərinin yanında dolaşırdı, satıcı qızlar onu əzizləyir və yemləyirdi. Mən narazılıq edəndə satıcı xanımlar məni şiddətli qınaq altında qoyaraq “Sizdə heyvanlara məhəbbət yoxdumu”, dedi və mən utandığımdan izah edə bilmədim ki, ürəyimdə pişiyə məhəbbət var, amma market pişik yeri deyil.
Qida təhlükəsizliyinə dünyada və bizim ölkəmizdə bütün hüquqi vasitələrlə nəzarət olunur. Qida sənayesinə və ölkəyə idxal edilən ərzaq məhsullarına nəzarət üzrə bir neçə qurumun əlaqələndirilmiş fəaliyyəti, o cümlədən ictimai nəzarət funksiyasını həyata keçirən ictimai birliklər və ictimai şuralar mövcuddu. İstehsal və idxal edilən məhsulların nəinki mənşəyi və istehsalının təhlükəsizliyi, həmçinin, saxlanma şəraitinin də standartları var. Bunları market təmsilçilərim bilməlidir, amma əksər hallarda bilmirlər. Çox təəssüf. Aldığım suyun rəflərdən yığışdırılma müddətinə neçə ay qaldığını soruşanda təmsilçi “yəqin 1-2 ay” demişdi. Əslində o, bunu dəqiq bilməliydi.
Ucuz marketdəki ətin şorbası olar?
Yəni, əslində olar. Hamı bahalı mal ala bilməz. Marketlər şəbəkələşdikcə, aşağı büdcə ilə məhəllədəki dədə-baba marketlərindən bazarlıq ehtiyacının yaranmasını xatırlayaq. Marketlərdəki qiymətlərin aşağı büdcəli əhali üçün əlçatan olmadığını analiz edən şəbəkə market şirkətləri bunun da optimal variantını illər öncə tapdılar.
2016-cı ildə “Veysəloğlu” Şirkətlər qrupunun yaratdığı “OBA” marketlər şəbəkəsi bütün dünyada aktiv istifadə olunan, “hard discount” sistemi kimi qəbul edilən market modelinin Azərbaycan variantı idi və bu, ölkə əhalisinin az qala hər bir üzvünün ərzağa əlçatanlığının təminatı demək idi. İllər ərzində bu marketlər şəbəkəsinin inkişafı və təkmilləşdirilməsi istiqamətində davamlı işlər görülüb. Hazırda da görüləsi işlər çoxdur. Amma ən azından, nöqsanları aradan qaldırmaqla, bu marketlər şəbəkəsi ərzaq təhlükəsizliyi siyasətinə xidmət daxil olmaqla, hədəfinə götürdüyü istiqamətlərə uğurla yola çıxıb. İşğaldan azad edilən ərazilərdə “Veysəloğlu” Şirkətlər Qrupunun fəaliyyəti dayanıqlı inkişafı şərtləndirən amilləri və əhalinin etibarını özündə birləşdirib. Ədalətli iş mühiti prinsipləri qrupun strateji məqsədləri ilə üst-üstə düşür.
Nəyi təklif edərdim?
Şübhəsiz ki, davamlı inkişaf zamanı strateji məqsədlərə nəzər salmaqla onu daha mükəmməlləşdirmək olar. Əminəm ki, şəbəkə marketlərinin rəhbərləri hər il özünün strateji planını, ehtiyaclarını, monitorinq və qiymətləndirməsini apararkən nöqsanları da unutmurlar. Çünki problemləri görməzdən gəlməyin inkişafla heç bir əlaqəsi yoxdur.
Şəbəkə marketlərinin həm də böyük iş yerləri olduğunu unutmuruq. Belə iş yerləri insanların potensialının və karyera imkanlarının üzə çıxarılmasına dəstəkdir. Amma eyni zamanda, hər bir işçinin vəzifəsi daha yaxşı xidmətlə qarşıya qoyulan hədəfə çatmağa töhfə verməkdir.
Bu üzdən əhaliyə xidmətin səviyyəsinin yüksəldilməsi üçün şəbəkə marketlərinin rəhbərliyində təmsil olunan şəxslərin sağlam rəqabət halında fəaliyyəti doğru olardı. Bu zaman rəhbərliyin səriştəsizliyi üzündən müştəri etibarının itirilməsi halı aradan qalxa bilər.
İş təmsilçilərinin ərzağın istifadə müddətləri ilə bağlı savadlılıq səviyyəsinin mütəmadi gücləndirilməsi də günün tələbidir.
Sosial korporativ məsuliyyətli fəaliyyətlərin təşkili təkcə ölkə daxilindəki müştəri üçün məmnuniyyət göstəricisi sayılmır, eyni zamanda, beynəlxalq tərəfdaşların qarşısında etibarlı obraz yaradır.
Zülfiyyə Mustafayeva,
Araşdırma Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Gələn ay 4 qeyri-iş günü olacaq
Türkiyə parlamentinin vitse-spikeri vəfat edib
İlham Əliyev Patriarx Kirill İlə görüşüb - Mehriban Əliyevaya I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordeni verildi + FOTOLAR
Netanyahu Azərbaycana səfərini təxirə saldı: "Siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq..."
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda - FOTOLAR
Hərbçimiz vəfat edib
İlham Əliyev Andjey Dudaya məktub göndərib - MƏTN
Məzahir Pənahovun oğlu ilə bağlı hansı qərar veriləcək? - Rəsmi açıqlamalar ard-arda verildi
Veysəloğlu Şirkətlər Qrupu kərə yağı və süd məhsulları istehsalçıları ilə işçi görüş keçirib - Nələr müzakirə olunub? + FOTOLAR
Atadan balaya miras... - "Azərsun Holdinq"in yeni sədri bəlli oldu
Aktyor Aydın Quliyev vəfat edib
Azərbaycan nefti yenə ucuzlaşdı
Məzahir Pənahovun oğlu arvadını bu villada döyüb - Nazirlər, icra başçıları və generalların qatıldığı “Fairmont” hoteldə dəbdəbəli toy və... (FOTOLAR)
Abşeronda polis əməliyyatı: saxlanılanlar var
Sabah bu yollar bağlanacaq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanın BMT-dəki rəsmisi: "2 milyard əhalisi olan bölgədə münaqişə heç kimə fayda verməz"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri görüşüb - FOTO
Qırmızı bülletenlə axtarılan 4 nəfər tutulub - Türkiyədə
Manisada sərnişin avtobusu aşıb - Yaralılar var
Bakıda ermənilərin məhkəməsi: İşxanyan və qardaşının mülki azərbaycanlıları öldürmələri sübut olunub
Ərdoğan KKTC-yə gedir
Avropa İttifaqı: "İsraili Qəzzaya blokadanı dərhal götürməlidir"
Argentinada 7,4 bal gücündə olub
Tovuz sakini Xocalıda yaralandı - Qumbara partlayıb
Oleq Bakinskinin məhkəməsi: Fuzuli Musayev niyə ifadə verəcək?
Kütahyada yenə zəlzələ baş verib - 4,2 bal gücündə
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
"Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platformadır" - Əhməd İsmayılov + FOTOLAR (YENİLƏNİB)
YAP Arif Qaraşovla sabiq icra başçısına etimad göstərdi
Nazirlik xaricdə oxuyan daha 82 məzunun diplomunu tanımadı
Elşad Hacıyev: "Xaricdən daxil olan zənglər, yaxud..."
Xəzərdə əməliyyat: bir nəfər zərərsizləşdirilib
Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub
Xalq artisti Fəxrəddin Manafova yeni vəzifə verildi
İstanbulda zəlzələ olub
Tramp İkinci Dünya Müharibəsi ilə bağlı yeni qərar verdi: "Biz hər iki müharibədə qalib gəldik"