Müdafiə Nazirinin sosial media hesabı bloklanıb - 16 media orqanına giriş də qapadılıb

img

30-04-2025 [14:58]


Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin X sosial media hesabı Hindistan hökuməti tərəfindən bloklanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Cammu və Kəşmirin Pahalqam rayonunda 26 turistə qarşı törədilən terror aktından sonra baş verib.

Məlumata görə, Hindistan hökuməti bununla yanaşı, Pakistanın 16 aparıcı media orqanının, o cümlədən "Dawn" və "Geo News"un YouTube kanallarına girişi də bağlayıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA