Agentlik əməkdaşı Qazaxda minaya düşüb

img

28-04-2025 [13:07]


Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var.

Mia.az xəbər verir ki, bu barədə  Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Ermənistanın vaxtilə işğalı altında olan Qızılhacılı kəndi ötən il Azərbaycana geri qaytarılan Qazax rayonunun dörd kəndindən biridir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA