Təranə Tağı-zadə: “İctimai sağlamlığın təmini immunizasiya ilə başlayır”
25-04-2025 [14:33]
"“İmmunlaşdırma yalnız fərdi sağlamlıq deyil, həm də ictimai sağlamlığın təməlidir. Peyvəndlər sayəsində biz uşaqlarımızı bir sıra ağır və həyat üçün təhlükəli olan xəstəliklərdən – difteriya, qızılca, göyöskürək, poliomielit və digər yoluxucu infeksiyalardan qoruya bilirik. Statistik göstəricilər təsdiqləyir ki, vaxtında aparılan peyvəndlər hər il 2-3 milyon insanın həyatını xilas edir".
Bu fikirləri Mia.az-a Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bildirib.
Pediatr qeyd edib ki, peyvəndləmə həm də “kollektiv immunitet” anlayışını formalaşdırır: "Bu, o deməkdir ki, əhalinin böyük əksəriyyəti peyvənd olunduqda, peyvənd oluna bilməyən – immun çatışmazlığı olan, onkoloji xəstəliyi olan və ya allergiyaya görə peyvənd ala bilməyən insanlar da dolayısı ilə qorunur. Bu baxımdan hər valideynin sosial məsuliyyət daşıdığını unutmaması vacibdir".
“Bu gün Azərbaycan Respublikası peyvənd təqvimi üzrə geniş spektrdə vaksinasiya aparır. Hepatit B, vərəm, poliomielit, difteriya, tetanus, göyöskürək, Hib infeksiyası, qızılca, məxmərək, parotit və s. əleyhinə peyvəndlər ölkəmizdə dövlət hesabına və yüksək təhlükəsizlik standartlarına uyğun olaraq tətbiq olunur”, - deyə tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bildirib.
O, xüsusilə vurğulayıb ki, peyvəndlərdə istifadə olunan antigenlər və əlavələr bir çox beynəlxalq yoxlamalardan keçir və onların təhlükəsizliyi, effektivliyi sübut olunub: "Peyvəndlər haqqında yayılan miflər və dezinformasiyalar elmi əsaslara deyil, qorxu və fərziyyələrə söykənir. Buna görə valideynlərə tövsiyəmiz odur ki, yalnız rəsmi mənbələrə və mütəxəssis fikirlərinə əsaslansınlar: “Hər il olduğu kimi 2025-ci ildə də “Ümumdünya İmmunlaşdırma Həftəsi” zamanı Beynəlxalq Pediatriya Assosiasiyası (IPA) peyvəndlərin həyat xilasedici gücünü vurğulamaqla qlobal sağlamlıq ictimaiyyətinə qoşulur. Eyni zamanda, Azərbaycan Pediatrlar Assosiasiyası da immunizasiyanın cəmiyyətin sağlamlığına təsirini vurğulamaq və peyvəndlərin əhəmiyyətini geniş auditoriyaya çatdırmaq məqsədilə 30 idir üzvü olduğu IPA-nın təşəbbüsünə qoşulur. ÜST və tərəfdaşlar immunizasiya proqramlarının gücləndirilməsi, peyvənd bərabərsizliyinin aradan qaldırılması və peyvəndlərə inamın bərpa olunmasının təcili ehtiyacını vurğulamaqda davam edir. Unutmayaq ki, ictimai sağlamlığın təmini immunizasiya ilə başlayır”.
Təranə Tağı-zadə əlavə edib ki, “İmmunlaşdırma Həftəsi” bir fürsətdir ki, biz bu sahədə maariflənməni artıraq və hər bir uşağın, elcə də hər yaşdan insanların sağlam gələcəyi üçün bir addım da ataq: "Valideynləri peyvənd tarixçəsinə yenidən baxmağa, övladlarının peyvənd təqvimində gecikmələr varsa, yerli kilnikalara və ya sahə pediatrına müraciət etməyə çağıraq. Çünki xəstəliklərə qarşı ən güclü silah vaxtında edilən peyvəndlərdir.”
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb