Yeni qurulmuş dəmiryolu körpüsü çöküb, mətbuat katibi isə deyir ki... - "Məsuliyyət kimin boynundadır?" (FOTO)
24-04-2025 [13:46]
Məlum olduğu kimi, aprel ayının 16-da yağışlar nəticəsində Sumqayıt -Yalama sahəsində Xaçmaz rayonu, Qaraçı kəndi yaxınlığında Ağçayın üzərindəki yeni salınan dəmiryolu körpüsünün bir hissəsi çöküb, dəmir yolu infrastrukturunun bir işə yaramadığı üzə çıxıb.
Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC belə bir vəziyyətin yaranmasının səbəbi kimi, normadan artıq yağışın yağmasını arqument kimi irəli sürüblər. Lakin məsulliyyətsizlikdən, səhlənkarlıqdan, ciddi yeyintilərdən söhbət açılmayıb. Bəs bunun məsuliyyəti kimin boynundadır?
ADY QSC-nin mətbuat xidməti çıxıb rahatca deyir ki, bəs qeyri-sabit hava şəraiti nəticəsində olub və baş vermiş hadisəni normal hal kimi qəbul edir. Belə olduğu təqdirdə sual yaranır, necə olur ki, 100 illik körpü yağış sularına dayanıqlı oldu, yenicə qurulmuş körpü isə 4-5 saatlıq yağış nəticəsində dağılır?!
Mütəxəssislər bildirir ki, belə hadisələr bir çox tikinti normativlərinə əməl edilmədiyi üçün yaşanır.
Xatırladır ki, bu hadisəsə birinci hal deyil. Keçən ilin iyul ayında elə sözügedən hadisənin baş verdiyi Sumqayıt-Yalama sahəsində Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarının Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissədə relsdən çıxmışdı, nəticədə vaqonlarda olan inşaat materialları dağılıb və sahibkarlara ciddi zərər dəymişdi.
O vaxtı da, məsuliyyəti siravi işçinin üzərinə yıxaraq sahənin rəisi və xidmətin rəisi məsuliyyətdın yayına bilmişdilər. Həmin qatar qəzasının hansı səbəbdən baş verməsi barədə isə ADY heç bir açıqlama verməmişdi. Son vaxtlar yeni qurulmuş dəmir yolu xəttlərində tez-tez baş verən qəzalara səbəb nədir?
Bu yaxınlarda Sumqayıt-Yalama sahəsinin yenidənqurması üçün Asiya Bankı tərəfindən yenidən külli-miqdarda vəsait ayrıldı. Lakin yaxşılığa döğru dəyişən yalız sahənin rəisi Elxan İsmayılovun və işarəvermə və rabitə xidmətinin rəisi Qəzənfər Abdulazimovun maddi durumudur.
ADY-nin əsas fəaliyyəti yük və sərnişin daşımalarıdır. Bu fəaliyyəti təhlükəsiz təşkil etmək üçün dəmir yolu infrastrukturunu daima saz vəziyyətdə saxlamaq lazımdır. Dəmir yolu infrastrukturu dedikdə bura rabitə-işarəvermə, kontakt şəbəkə sistemi, yol təsərrüfatı, elektrik təchizatı və s. sahələr aiddir. Yüz minlərlə sərnişinlərin həyatını “yeni” adı altında köhnə kabellərin, qurğuların, cihazların ümüdünə buraxan rəislərdən nə gözləmək olar? Ümumiyyətlə, dəmir yolu belədir ki, onu müntəzəm olaraq yoxlamaq lazımdır. Sıravi işçilər deyil, işləri təhvil alanlar qanun qarşısında məsuliyyətə cəlb edilməlidir. Belə olmadığı təqdirdə bu kimi hadisələr daha çox təkrarlanacaq.
Xöşbəxtlikdən bu qəzalarda insan itkisi olmadı. Lakin, işlər belə davam edəcəyi təqdirdə bunun baş verəcəyi gözləniləndir. Lakin, görünür hərəkətin təlükəsizliyi, insan həyatı heç kəsə maraqlı deyil. Təəssüf...
MİA.AZ
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb