"Bu, təxribatçı və qızışdırıcı bir aktdır" - Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya

img

24-04-2025 [09:49]


Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

Bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan "Armenpress"ə bildirib.

"Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır", - deyə o qeyd edib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA