İqtisadiyyat Nazirliyi Çinlə imzalanan sazişlərin detalların açıqladı
23-04-2025 [17:42]
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi ilə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə nəzərdə tutulan tədbirlərin icrası sənaye sahəsində, o cümlədən neft-qaz, bərpa olunan enerji, kimya, metallurgiya, mədənçıxarma, tekstil, avtomobil, tikinti materiallarının, əczaçılıq və qida məhsullarının istehsalı sahələrində əməkdaşlığın inkişafına imkan yaradacaq. Anlaşma Memorandumu həmçinin sənaye sahələrinin inkişafı nəticəsində iqlim dəyişikliyinə təsirlərin azaldılması, tullantıların idarəolunması (və ya emalı), sənaye sahəsinin rəqəmsallaşdırılması və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi istiqamətlərində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumunda iki ölkənin sənaye təşkilatları arasında mübadilə və koordinasiyanın gücləndirilməsi, əməkdaşlıq mexanizmlərinin qurulması, təchizatçılar və alıcılar üçün uyğunlaşma tədbirlərinin, ticarət yarmarkalarının, sərgilər və digər ticarət təşviqlərinin həyata keçirilməsi və s. əksini tapıb.
İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal iqtisadiyyatda əməkdaşlıq prioritetlərinin müəyyən olunması, yeni biznes formatları və modellərinin inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafının birgə təşviqi, texnoloji innovasiyaların dəstəklənməsi və hər iki ölkədə rəqəmsal investisiyalar üçün əlverişli ekosistemin yaradılmasını əhatə edir.
İqtisadiyyat Nazirliyi ilə Çinin Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu isə informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumlar və elmi-tədqiqat institutları arasında əməkdaşlığın dəstəklənməsi, Azərbaycan tərəfinin Çində keçirilən beynəlxalq sərgilərdə iştirakı və digər tərəfdaşlıq məsələlərini nəzərdə tutur.
Qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən investisiya əməkdaşlığı istiqamətində daha bir neçə sənəd aprel ayının 18-də Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində imzalanıb. İmzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir.
Konfrans çərçivəsində KOBİA ilə Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Çinın İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT), 4SİM ilə Dünya Əşyaların İnterneti Konvensiyası Təşkilatı (WIOTC), AZPROMO ilə Çinin İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb.
Eyni zamanda, AZPROMO Çinin Shenzhou Hasee şirkəti ilə notbuk istehsalı, Zhongjing United (Beijing) Trading Co., Ltd. şirkəti ilə boru istehsalı, Shandong Huafang Co., Ltd. şirkəti ilə tekstil istehsalı, "Changzhou Dongfeng Agricultural Machinery" şirkəti ilə traktor istehsalı, "Vencou Vanhong" şirkəti ilə karton istehsalı, "Sino-Foreign" şirkəti ilə investisiya layihələrinin həyata keçirilməsi üzrə anlaşma memorandumları imzalayıb.
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə "Vencou Vanhong" şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkının ərazisində karton istehsalı layihəsinin həyata keçirilməsi üzrə niyyət sazişi bağlanıb. Layihə hazırda maliyyə və texniki əsaslandırma mərhələsindədir. "İmprotex" və "Changzhou Dongfeng Agricultural Machinery" şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu, “Azəralüminium” MMC ilə "China Machinery Engineering Corporation" (CMEC) arasında investisiya layihələrinin həyata keçirilməsi və Çin maliyyə institutları tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə əməkdaşlıq sazişi bağlanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair imzalanmış sənədlərin icrası Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək. Qeyd edək ki, Komissiyanın sonuncu iclası aprelin 16-da Bakıda keçirilib.
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində - CANLI YAYIM
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR