GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ - O, kimdir?
19-04-2025 [09:25]
Azərbaycan Ordusunun 4-cü Ordu birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.
Mia.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri vəzifəsinə gətirilib.
Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.
Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib. 2004-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu kimi xidmətdədir. XTQ komandanının maddi-texniki təminat üzrə müavini işləyib. Sonradan XTQ-nin Qərargah rəisi olub.
General-leytenat Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra Akif Pirverdiyev bir müddət XTQ-nin komandanı vəzifəsini icra edib.
2020-ci ilin 44 günlük Vətən müharibəsində polkovnik rütbəsində olan A.Pirverdiyev cəbhənin müxtəlif istiqamətlərində döyüşüb.
Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatını onun rəhbərlik etdiyi bölmələr həyata keçirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla A.Pirverdiyev “Zəfər” ordeni ilə təltif olunub.
O, bu ordenlə təltif olunan 33 zabitdən biridir.
A.Pirverdiyev 2022-ci ilin iyun ayının 25-də dövlət başçısının Sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb, daha öncə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Ailəlidir, 3 övladı var.
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq