Güzəştli şərtlərlə müavinət: neçə yaşdan hesablanır və necə ödənilir? - Deputatdan izahat
17-04-2025 [13:51]
VÜQAR BAYRAMOV, deputat
***
“Əmək pensiyaları” haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Dünən bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyyə edildi.
Bu dəyişiklik ilə əlaqədar bizə ünvanlanan suallardan bir qismi də yaşa görə müavinət alanların güzəşt hüququ və vəsaitin ödənilməsi ilə bağlıdır.
Qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlarımız da güzəştli şərtlər daha tez müavinət almaq imkanına malik olurlar. Belə ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-dək hesabında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir.
“Sosial müavinətlər haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin olunur. Yəni, həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar.
Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, müavinəti almaq yaş həddi 5 il azaldılır. Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlər ilə yaşa görə müavinət də 5 il daha tez təyin olur. Yəni, əgər bu kateqoriya üzrə qadın bu hüququdan istifadə edirsə o zaman 59, kişiyə şamil olunursa o halda 60 yaşında müavinəti ala bilər.
Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq