Trampdan Çinin "Boeing"dən imtinasına reaksiya: "Bu təyyarələri bizdən təhvil almayacaqlar"

img

16-04-2025 [13:09]


"Çin böyük "Boeing" anlaşmasından artıq çıxıb və bu təyyarələri bizdən təhvil almayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

O daha sonra bildirib ki, Pekin ş və onun şirkətləri bununla bağılı zamanında öhdəik götürsələr də, əməl etməyəcəkləri haqqında bilgi veriblər: "Maraqlıdır ki, alınması barədə tam öhdəlik götürdükləri təyyarələri təhvil almayacaqlar"

Xəbərdə deyilir ki, Çinin "Boeing"dən imtinasından sonra şirkətin səhmləri 2,36 faiz ucuzlaşıb.

Xatırladaq ki, Çin ABŞ-ın 145  faizliktarif müharibəsinə cavab olaraq yerli aviaşirkətlərə "Boeing" təyyarələri və onun hissələrini almağı qadağan edib.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA