"Mənə maşın hədiyyə edilməyib" - Bakıda uçan taksinin sürücüsü narkoloji testdən keçirilib

img

14-04-2025 [11:09]


Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib: "Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım".

O, guya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib: "Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".

Qeyd edək ki, iki gün əvvəl Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Ford"a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb(oxu.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA