“Azərsu” ASC-nin sabiq sədrinin qardaşı oğlu haqda gözlənilməz təyinat - Eldar Əzizova müavin gətirildi

img

03-04-2025 [18:00]


Bakı şəhər icra hakimiyətinin başçısı Eldar Əzizova yeni müavin təyin olunub.

Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğlu Ayaz Hüseynov Bakı şəhər İcra Hakimiyyətinə müavin vəzifəsinə gətirilib.

A.Hüseynov əvvəl BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin bildirək ki, A.Hüseynov daha əvvəl icra başçısı Eldar Əzizovun oğlu ilə birgə SOCAR-da çalışıb.

Onu da qeyd edək ki, buna qədər BŞİH-də bütün müavin vəzifələri boşdir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA