Nazir Facebook-da status yazdı, işdən qovuldu

img

07-08-2014 [17:51]


İqtisadi inkişaf nazirinin müavini Sergey Belyakov ictimai şəkildə fikir bildirdiyinə görə vəzifəsindən azad edilib.

ANS PRESS-in məlumatına görə, müvafiq qərar dünən - 6 avqustda hökumətin saytında yer alıb. 

"Belyakov S.Y-nın tutduğu vəzifədən azad edilməsi ondan tələb olunan "Rusiya Federasiyasının dövlət xidmətindəki vətəndaşlarla bağlı" qanunun 1-ci maddəsinin 10-cu hissəsini pozması ilə bağlıdır. Bu maddəyə görə dövlət qulluqçusuna dövlət orqanları və öz rəhbərləri ilə haqqında dəyərləndirici müzakirə və ictimai şəkildə fikir səsləndirmək qadağandır." - deyə sənədin mətnində bildirilir.

Belyakov 6 avqustda öz Facebook səhifəsində pensiya yığımında moratoriumum (ödəmə müddətinin uzadılması) uzadılmasından təəssüf hissi keçirdiyini yazmışdı. O, bunun Rusiya iqtisadiyyatına mənfi təsir edəcəyini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR