Bu hakimlər Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam edildilər

img

17-03-2025 [17:49]


Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam edilib.

Mia.az xəbər verir ki, iş yükünün ağırlaşması səbəbindən belə qərar qəbul edilib.

Yeni hakimlər Yasamal Rayon Məhkəməsindən Kamil Əliyev, Sabunçu Rayon Məhkəməsindən Nigar İmanova və Quba Rayon Məhkəməsindən Vüqar Seyidovdur.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev bir müddət əvvəl vəfat edib. Təqaüd yaşı çatdığından hakimlər-Azad Məcidov, Novruz Kərimov və Rasim Sadıxovun da icraatına artıq iş verilmir. Digər hakim Səbinə Məmmədzadə isə analıq məzuniyyətinə çıxıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA