Bakıda idmançılar arasında kütləvi dava - 3 yaralı

img

06-08-2014 [11:56]


Ötən gün saat 15:30-da Bakının Xətai rayonunda kütləvi dava baş verib.

Ötən gün saat 15:30-da Bakının Xətai rayonunda kütləvi dava baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında baş verib.

Mübahisə zaman 1977-ci il təvəllüdlü Azər Akif oğlu Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-cu il təvəllüdlü Telman Saleh oğlu Nuriyev bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Azər Cəfərovun vəziyyəti daha ağırdır.

Araşdırmalar zamanı hər 3 nəfərin 1988-ci il təvəllüdlü Cavidan Bayram oğlu Qorçuyev tərəfindən bıçaqlanması məlum olub.

Qeyd edək ki, dava iştirkaçıları peşəkar idmançılardır. Cavidan Qorçuyev kikboksinq üzrə Azərbaycan yığmasının heyətində dünya çempionatında medal qazanıb.

Davanın səbəbinə gəlincə, ilkin ehtimala görə, mübahisə idmançıların uğur qazanması sahəsində yaranan mübahisə olub. Kimin daha yaxşı nəticə qazanması barədə yaranan mübahisə zamanı söyüş işlədilib. Bu zaman mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qan tökülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA