Şəkidə sərnişin dolu aftobus yandı

img

05-08-2014 [14:41]



Şəkidə avtobus yanıb. Anspress-in verdiyi məlumata görə, yanğın Şəkinin Məmmədəmin Rəsulzadə prospektində İlham Kamal oğlu İsmayılovun idarə etdiyi "PAZ” markalı sərnişin avtobusunda baş verib. Belə ki, hadisə zamanı sürücü adıçəkilən prospektlə Kiş kəndi istiqamətində hərəkətdə olarkən qəfildən avtomobilin mühərrikində alovlanma olub. Bu zaman sürücü çevik davranaraq avtobusu saxlayıb. O, avtobusdakı bütün sərnişinlər dərhal endirib. İlkin olaraq yanğının qarşısını sürücü yol kənarındakı arxın suyu ilə alıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun genişlənməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA