Azərbaycanda məmur məmuru bıçaqladı

img

05-08-2014 [12:08]


Şəmkirdə bıçaqlanma hadisəsi olub. Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün baş verib.

Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Zakir Tağıyevə tibbi yardım göstərilib.

Hazırda onun vəziyyəti normaldır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA