Təhsil İnstitutunda yeni təyinat olub

img

05-03-2025 [15:24]


Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil Texnologiyaları Mərkəzində yeni təyinat olub.

Bu barədə ARTİ-dən məlumat verilib.

​Belə ki, Mətləb Əsgər ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinə direktor müavini təyin olunub.

Mətləb Əsgər bakalavr təhsilini 2005-2009-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi”, magistratura təhsilini isə İngiltərənin Leicester Universitetində “İnsan resurslarının və təlimlərin idarə edilməsi” ixtisası üzrə alıb.

O, 2012-2024-cü illərdə SOCAR-ın müxtəlif idarələrində insan resursları, işə qəbul, öyrənmə və təlimlərin idarə edilməsi sahələrində, 2024-cü ildə isə Yaponiyanın “SANKYU” şirkətində təlim üzrə menecer vəzifəsində çalışıb.

Bu günə kimi xaricdə sahəsi üzrə 20-dən çox beynəlxalq təlimdə iştirak edib


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA