Suriya prezidenti Misirdə: "Bu, bütün ərəb xalqı üçün təhlükə, biizm üçünsə oyanış zəngidir"
05-03-2025 [11:09]
Suriya prezidenti Əhməd Şara Misirdə Fələstin üzrə Ərəb Liqasının Fövqəladə Sammitində diqqətçəkən çıxış edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qəzzanın Fələstinin ayrılmaz tərkib hissəsi olduğunu deyib və Trampın qəzzalıları yerlərindən zorla deportasiya etdirilməsininbölgə üçün və bütövlükdə ərəb xalqı üçün təhlükəli olduğunu iddia edib.
Suriya prezidenti bildirib ki, ölkəsinin Ərəb Liqasına qayıtması Suriyanın bölgədə təhlükəsizlik və sabitliyin artırılması üçün çalışacağının göstəricisidir: “Bu gün biz Fələstin xalqının qanını tökmək bahasına regionun xəritəsini yenidən cızmaq istəyənlərin yenidən hərəkətlənmələrinin şahidi oluruq. Buna şərait və imkan evrmək omaz. Fələstin xalqının köçürülməsinə çağırışlar ərəb milləti üçün təhlükədir. Bu gün Qəzzada baş verənlər hamımız üçün oyanış zəngidir. Fələstinlilərin didərgin salınması Fələstin xalqını öz torpaqlarından qoparmağa yönəlmiş daha böyük layihənin əsasını təşkil edir. Ərəb ölkələri mövqelərini birləşdirməli və Fələstin xalqına qarşı öz məsuliyyətlərini qəbul etməlidir. Biz Qəzzaya yardım etməyə və hücumlara son qoymağa hazırıq. Suriya xalqı azadlıq və ədalət yolunda hər addımda Fələstinli qardaşlarının yanında olacaq".
O, daha sonra İsrailin Suriya xalqının hüquqlarını pozmaqda davam etdiyini deyib: "İsrail 1967-ci ildə Colan təpələrini işğal edəndən bəri xalqımızın hüquqlarını pozmaqdan əl çəkmir. İsrailin indi də Suriyadakı davranışı bütün regionda sülhü təhdid edir. Bütün bunlar bizdən bu təhdidlərə qarşı həmrəy olmağımızı tələb edir. Beynəlxalq ictimaiyyəti də ayağa qladırmalıyıq. israil Suriyanın cənubundan dərhal geri çəkilmlidir. Bunun üçün onlara təzyiq göstərilməlidir. Biz 1974-cü ildə İsraillə imzalanmış "Güclər Ayrılması Müqaviləsi"nə sadiqik. İsrailin isə bu müqaviləyə məhəl qoymaması qəbuledilməzdir".
Xatırladaq ki, İsrail ordusu ötən ilin dekabrın 8-də 1967-ci ildən işğal etdiyi Qolan təpələrinə bitişik bufer zonasını işğal edib. Bununla yanaşı, İsrail əsgərləri daha sonra işğalı genişləndirib və paytaxt Dəməşqin 20 kilometrliyinə çatıb.
Tahir Şəlvəi
MİA.AZ
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır