QOBUDA SU PROBLEMİ CAMAATI AYAĞA QALDIRIB - İdarə rəisi isə "20 gündür maşınlar xarabdır" deyir, sakinlər PA-ya şikayətə hazırlaşır
04-03-2025 [15:20]
Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun qudasının tələbə yoldaşı Etibar Nəbiyevin rəis olduğu Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Qobu qəsəbəısini sussuz qoyub.
Bu barədə Mia.az-a şikayət ünvanlayan qəsəbənin bir qrup sakini deyir ki, 20 günə yaxındır nə şəbəkə, nə də ənənəvi olarq su maşınları ilə ayda 3-4 dəfə paylanan su verilişi dayandırılıb: "20 gündən çoxdur bu barədə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyinə və qaynar xəttə dayanmadan zəng edir, gedir, şikayətlər yazırıq. Xeyri yoxdur. Rəis Etibar və onun su təsərrüafatından xəbərsiz ətrafı deyir ki, ənənəvi borular vasitəsiylə suyun verilməsini, ümumiyyətlə, unudun, maşınlarla su gətirilməsinə isə çalışırıq. Deyirik, necə çalışırsınız? Axı, 20 gün əvvələ qədər hər ay 3-4 dəfə qəsəbəyə su maşını gəlirdi, camaat ehtiyacını belə həll edirdi, indi 20 gündür bir maşın belə gəlmir.
Deyirlər ki, maşın xarab olub, Etbar müəllim də əvvəlki rəislər kimi, onu operativ düzəltmək istəmir. Daha doğrusu, heç vəziyyətlə maraqlanan da yoxdur. Nəticədə belə gərgin vəziyyət yaranıb...".
Sakinlər deyir ki, bu acınacaqlı vəziyyətin nə vaxtadək davam edəcəyini bilmirlər: "Biz artıq çıxış yolunu toplanaraq Prezident Adminisrasiyasnın qarşısına getməkdə, dərdimizi orada ali dövlət rəhbəriyinə deməkdə görürük. İnanın, əvvəlki rəhbərliyin dövründə burada yayda belə dəhşətli hal olmayıb. İndiki bu sahəyə yad kadrlar Abşeronda su təsərrüfatı sahəsini bərbad günə qoyublar. Bunlar fakt odur ki, idarəetməni bilmirlər. Siz təsəvvür edin, bunlar 20 gündən çoxdur bir su maşının təkərini yamaya, yaxud onun xarab hissəsini təmir etdirə bilmirlər. Bunlar bu ağılla necə ölkənin ən mühüm strateji sahələrindən birinə cavabdeh ola bilərlər? Bu qədər məsuliyyətsizlik olar?!"
Xatırladaq ki, Zaur Mikayılovun qudasının tələbə yoldaşı olan Etibar Nəbiyevin təyinatından sonra Abşeron rayonu ərazisində su verilişi qrafiki də pozulub: "Artıq Xırdalan, Masazır və digər qəsəbələrin bir hissəsində su problemləri qabarmağa başlayıb..."
Mövzuya qayıdacağıq
Samir MUSAYEV
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı