İstanbulda bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb

img

04-03-2025 [14:18]


Ötən gün İstanbulda saxlanılan Beykoz rayon bələdiyyə sədri bu gün vəzifədən uzaqlaşdırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beykoz rayon Bələdiyyə sədri Alaattin Köseler  bələdiyyənin keçirdiyi tenderlərdə saxtakarlıq etməsi və buna görə həbs olunduğu üçün belə qərar verilib. 

Xatırladaq ki, ötən gün İstanbulun Beykoz rayon Bələdiyyə sədri Alaattin Köseler  və daha 22 nəfər saxlanılıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA