İstanbulda daha bir CHP-li bələdiyyə sədri saxlanılıb - Tender qalmaqalı

img

03-03-2025 [10:40]


İstanbulda CHP-li bələdiyyə sədrlərinə qarşı əməliyatlar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İstanbulun Beykoz rayon Bələdiyyə sədri Alaattin Köseler  və daha 22 nəfər saxlanılıb.

Məlumata görə, o və digərləri bələdiyyənin tenderlərini öz yaxın dost-tanışlarına verməkdə, bir sözlə, "tender saxtakarlığı"nda ittiham olunurlar: "Artıq Alaattin Köseler də daxil olmaqla, 4 şübhəli barəsində “tenderi saxtalaşdırmaq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Digərlərinin ifadəsi alınır. İstintaq davam edir".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA