Sabahın hava proqnozu açıqlandı

img

02-03-2025 [12:31]


Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 5-9° isti, dağlarda gecə 9-14° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-19° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA