Dövlət Dəniz və Liman Agentliyinin tender ləğv edilib

img

28-02-2025 [12:24]


“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsin nəqliyyat vasitələrinin cari təmir xidmətləri ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 32 303 AZN olub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA