TENDER PROSESİ İLƏ BAĞLI QAYDALAR DƏYİŞDİ - Nələr olacaq?
28-02-2025 [11:48]
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulmasına tətbiq edilən inzibati məsuliyyətin dəyişdirilməsi III oxunuşda qəbul edilib.
Mia.az xəbər verir ki, bununla əlaqədar Cinayət və İnzibati Xətalar Məcəllələrində təklif olunan dəyişikliklər son oxunuşda müzakirə olunub.
Layihəyə əsasən, "Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manata qədər cərimə ediləcək.
Satınalan təşkilat tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyacları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasına, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutmasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manata qədər cərimə ediləcək.
Müşahidə Şurasının (Direktorlar Şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən "Dövlət satınalmaları haqqında" qanun ilə müəyyən edilmiş məlumatların və elanların özlərinin rəsmi internet səhifələrində yerləşdirilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manata qədər cərimə ediləcək.
"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetinin ayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manata qədər cərimə ediləcək.
"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, satınalma komissiyası tərəfindən təchizatçıların satınalmalarda iştirakının məhdudlaşdırılmasına, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblərin, meyarların və prosedurların müəyyənləşdirilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manata qədər cərimə ediləcək. "Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, hemin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə olunacaq.
Qanunla müəyyən olunmuş müddətlərdə satınalan təşkilatın qalib təchizatçının təklifini aksept etməməsinə və ya satınalma müqaviləsini imzalamamasına, satınalan təşkilat tərəfindən satınalma müqaviləsi üzrə ödəmələrin (o cümlədən avans ödənişinin) aparılmamasına və təchizatçıların şikayətlərinin və müraciətlərinin araşdırılaraq müvafiq qərarın qəbul edilməməsinə və həmin qərarın şikayət edən və ya müraciət edən təchizatçıya göndərilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manata qədər cərimələnəcək.
Dəyişiklik layihəsinə görə, satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün "Lisenziyalar və icazələr haqqında" qanunda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd min manatdan beş min manata qədər cərimə ediləcək. Nəzarət orqanının satınalma predmetine (onun icrasına) baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımi şərait yaradılmamasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manata qədər cərimələnəcək. Satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilat tərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manata qədər cərimə olunacaq.
Qüvvədə olan qanuna əsasən, satınalma metodlarının tətbiqi şərtlərinin pozulmasına yəni, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərinin xərclənməsinə, malların (işlərin və xidmətlərin) satın alınmasının qanununa uyğun olaraq açıq tender üsulu ilə və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından (vasitəsindən) qanunsuz istifadə etmə ilə həyata keçirilməsinə, satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasının ayrı-ayrı müqavilələrə bölünməsinə, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilməsinə, satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı barədə “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə vəzifəli şəxslər üç min manatdan altı min manata qədər cərimə edilir.
Bununla bərabər qanunda nəzərdə tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırılmasına və ya tender təklifinin qalib elan edilməsinə görə vəzifəli şəxslər üç min manatdan altı min manata qədər cərimə edilir.
Malgöndərənlərin (podratçıların) ixtisası ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına yəni, satınalan təşkilat tərəfindən malgöndərənin (podratçının) ixtisasına dair “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmayan tələblərin irəli sürülməsinə, ixtisas göstəriciləri nəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya) satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla müqavilələrin bağlanılmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manata qədər cərimə edilir.
Sənəddə o da qeyd edilib ki, satınalmaların təşkili və tender prosedurları ilə bağlı qaydaların pozulmasına yəni, satınalan təşkilat tərəfindən tender elanının (dəvətin) məzmununun və tenderin əsas şərtlər toplusunun qanunla müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsinə, dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların qanunla müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə, habelə həmin qanunda satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə, satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərəndən (podratçıdan) nəzərdə tutulmuş qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının satınalan təşkilat tərəfindən alınmamasına, satınalan təşkilat tərəfindən tender və xidmət təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı tenderin əsas şərtlər toplusunda və xidmət təklifləri sorğusunda nəzərdə tutulmuş tələblərə cavab verən yerli mallar (işlər və ya xidmətlər) üzrə tender və ya xidmət təkliflərinin xeyrinə qanuna uyğun güzəştli düzəlişin edilməməsinə, satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin tender zərflərinin açıldığı günədək satınalan təşkilat tərəfindən məxfi saxlanılmamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manata qədər cərimə edilir.
Malgöndərən (podratçı) tərəfindən dövlət satınalma prosedurlarında iştirak üçün satınalan təşkilata maliyyə vəziyyəti barədə yanlış məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manata qədər cərimə edilir.
Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manata qədər cərimə edilir.
Satınalan təşkilat tərəfindən qanunda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə vəzifəli şəxslər üç min manatdan altı min manata qədər cərimə edilir.
Göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda cərimə tətbiq ediləcək.
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."