Dövlət Agentliyində yeni təyinat - Sədr özünə yeni müşavir götürüb

img

28-02-2025 [11:46]


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

Mia.az xəbər verir ki, Agentliyin sədri Elnur Bağırov özünə müşavir təyin edib.

Bu vəzifə İlqar Həsənova həvalə olunub. 

O, 2022-ci ilin dekabr ayından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşma İnstitutunda fəaliyyət göstərib. 

E.Bağırov Prezident İlham Əliyevin 12 fevral 2025-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin sədri təyin edilib(Report). 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA