Xocalı soyqırımı: İnsanlığa qarşı ağır cinayət
26-02-2025 [12:57]
33 il öncə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.
Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb.
Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Xüsusi qəddarlıqla törədilmiş cinayətlər.
Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir:
belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olmuşdur.
Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir:
* öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi);
* cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu;
* irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti.
İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir:
* qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar;
* məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi;
* cinayətin xüsusi coğrafi məkanda törədilməsi.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.
Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası.
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan Justice for Khojaly informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə oluna bilər. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri:
* Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi.
* Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi.
* Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması.
* Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması.
* Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması.
https://justiceforkhojaly.org/
Akşin Fazil oğlu Hüseynli
Volkan Dəmirəl Super Liqaya geri dönür
Yaponiyada ayı marketə girdi, 2 nəfəri yaraladı
Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib
Qəzzada hələ də döyüş gedir - Daha 10 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
4 kanala rəsmi xəbərdarlıq verildi, iki kanalın yayımı müvəqqəti dayandırıldı - Şuradan qərarlar
İsrailli nazir "Əl-Əqsa" məscidinə girib: "Dua edəcəyəm"
Paşinyan Belçikaya gedir
Ceyhun Bayramov İspaniya dövlət katibini qəbul edib
Daha yeddi bələdiyyə sədri Ərdoğanın partiyasına qatılıb - Siyahı
Səbinə Əliyeva Ukraynanın İnsan Hüquqları üzrə müvəkkili ilə görüşüb
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
Onlayn qumar şəbəkələri ifşa olundu - VİDEO
Kimya üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
Gəncədə məktəbli oğlan qətlə yetirilib
Aparıcı Rövşanə Ağasəfqızı yeni kanalda işə başlayıb
Tolik şikayət etdi - Tiktoker 10 sutkalıq həbs olundu
TDT-yə üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
Azərbaycanla Oman arasında Birbaşa İnvestisiya Fondu yaradıldı - Mikayıl Cabbarovdan açıqlama
Xanyurdu kəndinə növbəti köç olub
Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
"Nazirin bu sahəyə aidiyyəti yoxdur, müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssis, o biri politoloq..." - Sərt açıqlamalar
DÇ-2026: millimizin oyununu norveçli hakim idarə edəcək
"Qalatasaray"ın futbolçusuna indidən 4 komanda "elçi düşüb" - 60 milyon avro şərti var
Əli Əsədov daha bir qərar imzalayıb
Sabah hava necə olacaq? - Proqnoz
Əli Əsədov bu rayonla bağlı qərar imzalayıb
Super Liqada istefa - Bu dəfə Klub prezidenti postundan ayrılıb
Binəqədidə magistal yolda xəndək açıblar, qurumlar məsuliyyəti boyunlarından atır - Günahkar kimdir axı? (VİDEO)
General Raul Zeynalovun bir milyonu: necə ələ keçirilib? - Sensasion məlumat yayıldı
Leyla Əliyeva Londonda Xəzərdə suyun səviyyəsinin azalmasına diqqət çəkdi: "...bu, vəziyyəti daha da ağırlaşdırır" - FOTOLAR
Xorvatiya parlamentinin sədri Azərbaycanda - FOTOLAR
Ali Məhkəmədə iclas - Plenum qərarlarında dəyişiklik edilib
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Əmək müqavilələri artıq "mygov" platformasında imzalana bilinəcək
Məşhur rəssamın əsərləri satışa çıxarıldı - İctimai televiziyaya dəstək məqsədi ilə
Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Meyxanaçı Orxan Lökbatanlı 250 min manata maşın aldı - VİDEO
Qarabağdan sonrakı dövrün strateji problemləri…