DİN-nin polkovniki qəzada öldü

img

04-08-2014 [12:01]


Bakıda ağır yol qəzası baş verib.

 

Pirallahı Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə avqustun 3-də Dübəndi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Bayram Ağayevin idarə etdiyi "Volkswagen” markalı maşınla toqquşub. Nəticədə F. Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

Polisdən həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən F. Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin polkovnik-leytenantı olub.

 

Faktla bağlı araşdırma aparılır.


APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA