Dillər Universitetinin iki tenderi ləğv olundu

img

25-02-2025 [15:00]


Azərbaycan Dillər Universitetinin texniki avadanlıqların və tikinti materiallarının alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu (98 300 AZN) və tender (141 450 AZN) ləğv edilib.

Bu barədə qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Qeyd olunub ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Alınacaq avadanlıqlara və materiallara noutbuk, printer, proyektor, kabel, komputer masası, divan, sement, qum, çınqıl, mişar daşı və s. daxildir.

Qeyd edək ki, universitetin rektoru filoloq Kamal Abdulladır(Pravda).


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA