Qəza ilə adam öldürən vəzifəli şəxsin cinayət işi... - Ekspertiza təyin olunub

img

25-02-2025 [09:51]


“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev bir müddət əvvəl ölümlə nəticələnən törətdiyi qəza ilə bağlı ekspertiza təyin olunub.

MİA.AZ "Unikal"a istinadla xəbər verir ki, ölüm faktı ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, hadisə yanvarın 8-də Sabunçu körpüsü yaxınlığında baş verib. Belə ki, Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı 77-YD-054 nömrə nişanlı avtomobillə 40-45 yaşlarında piyadanı vuraraq öldürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA