NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: YENİ LAYİHƏLƏR VƏ UĞURLU NƏTİCƏLƏR
22-02-2025 [23:30]
Cavadxan Yusif oğlu Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Ardıcıl və davamlı islahatlar müstəvisində uğurlu tədris proseslərinin səmərəli perspektivlərini müəyyən etmiş olan Naxçıvan Dövlət Universiteti, çoxistiqamətli profilinə görə daha böyük təcrübə əldə etməkdədir.
Yeni layihələrin müəllifi olaraq, müəllim və tələbələrdən ibarət olan kollektiv üzvlərinin mənafeyini, maraqlarını, həmçinin elm və tədris sahələri üzrə müəyyən etdikləri hədəfləri daha da əlçatan edən ali məktəbimiz milli və beynəlxalq tədris proseslərinin də səmərəli inteqrasiyasını təmin etməyi bacarmışdır. Bununla da, yaranmış imkan və şərait isə, bütün tərəflərinə görə tələbələrin çağdaş ali təhsil tələblərinin gerçək olmasına şərait yaratmışdır.
Naxçıvan Dövlət Univesitetinin davamlı islahatlar müstəvisində həyata keçirmiş olduğu layihələr yeni və uğurlu səhifələrlə müşayiət olunmaqdadır. Bunlardan birini də TEDx tədbirinin keçirilməsi ilə bağlı olacaq. TED və TEDx ilə bağlı olan araşdırmalarla məşğul olaraq, belə qənaətə gəlmək olar ki, hər iki anlayış, nəzəri biliklərlə, təcrübənin vəhdətindən ibarət olan proseslərin sərbəst ideyalar və təşəbbüslər müstəvisində düzgün, səmərəli və uğurlu nəticələrini ortaya qoymaqdan keçir.
TED, hər şeydən əvvəl, ingilis dilində Technology Entertainment Design, yəni, Texnologiya, Əyləncə və Dizayn kimi mühüm sahələrin birləşməsindən ibarət olan fəaliyyət sferasını ifadəsinə almaqdadır. Bu, ilk olaraq, 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan, şəxsi qeyri-kommersiya fondudur.
TEDx isə bir sıra araşdırma vasitələrində çoxistiqamətli mənalandırmalar ilə birlikdə, eyni zamanda, “paylaşmağa dəyər ideyaların” yer almış olduğu yerli bir layihə olaraq çıxış etməkdədir. Belə bir yanaşma ilə TED, malik olduğu davamlılığı ilə TEDx-i ortaya çıxarmış olur ki, burada da, şəxslər və strukturlar malik olduğu yerli TED kimi tədbirləri gündəmə gətirə bilirlər. Məhz TEDx ifadəsindəki "x" isə müstəqil şəkildə təşkil olunan TED tədbirlərinin yeni yaradıcılıqlara, nailiyyətlərə yer verən uzunmüddətli və səhifəli proseslərin təşkil olunmasından ibarət görüntüsü olmaqdadır.
TEDx, təqdim olunan lisenziya əsasında konfransların təşkili və ideyaların paylaşılmasında çoxillik təcrübəyə malik olmaq demək olur. Buradan da aydın olur ki, TED və TEDx mahiyyətinə və yaratdığı imkanlara görə, mövcud olduğu bütün dövrülər üzrə yaradıcılıq imkanları gətirməkdədir. TEDx sahəsində ortaya qoyulan layihələr iştirakçılara 500-ə yaxın TED video çoxluğunun potensialı, bu sahədə həyata keçirilmiş olan tədbirlərin aparıcıları və həmçinin çıxışları ilə birlikdə, daha modern təşəbbüslər, ruhlandırıcı mövzular və maraqlı söhbətlərlə zənginləşdirilmiş mühitin nümayəndələri olmağa zəmin yaratmış olur. Demək olar ki, TEDx layihələri yalnız müasir təşəbbüslərin izah olunduğu, motivasiya olunmaq və biliyin şaxəli olunduğu mühitlər olmaqla birlikdə, həmçinin ruhlandırıcı videoların paylaşılması ilə məşhurdur.
TEDx layihəsinin mahiyyətini həm də, elmi və pedaqoji sahənin perspektivləri ilə səmərəli müşayiət etmək olar. Göstərmək olar ki, TED qarşılıqlı müzakirələr şəraitində videolar vasitəsilə, canlı və yaradıcı mühazirələrin oraya qoyulmasını nəzərdə tutur.
Geridə qalan dövrlər üzrə Naxçıvan Dövlət Universitetinin bu kimi layihələr üzrə uğurlu təcrübəsinin şahidləri olmuşduq. Yenicə rastlaşdığımız STEAM layihələrinin gerçək olmasında ali məktəbimizin əldə etmiş olduğu uğurlar, xüsusilə də, STEAM Mərkəzinin yaradılması, bu sahədə daha mütərəqqi mərhələnin keçilmiş olduğunu qeyd etməyə əsas verir. Dövrün və inkişaf perspektivlərinin daha çox, innovasiyalaşan, texnoloji təsisatlara yer verən və alternativ imkanların daha da şaxələnmiş olduğu mərhələdə STEAMla müşayiət olunan proseslərin TEDxlə davam etməsini də yeni keyfiyyət mərhələsi olaraq ifadə etmək olar. Təbii olaraq, bu proseslərdə, universitetimizin ərazisində inşa olunan, Texnologiyalar Parkı üzrə layihələrin də səmərəsi və gələcək perspektivləri çox faydalı olacaq.
Bu proseslər müəllim və tələbələrin daha yaradıcı tədris proseslərinə stimullaşmasında mühüm yardımçı vasitə olacaq və nəticə etibarı ilə davamlı islahatlara öz töhfəsini verəcək. Xeyirli olsun.
Naxçıvan Dövlət Universitetinin yeni layihələrinin, ideya və təşəbbüslərinin modern Ali təhsil modelinin yaradılması sahəsindəki səmərəsi olduqca əhəmiyyətlidir. Bu sahədə, "Açıq mikrofon" layihəsinin önəmini xüsusi olaraq qeyd ermək olar. Artıq Naxçıvan Dövlət Universitetinin ənənə halını alan layihələrindən biri olaraq, bu tədbir də, tələbələr tərəfindən yaradıcılıq təşəbbüslərinin həm dəstəklənməsi, həm də reallaşmasında zəruri əhəmiyyətə malik olmaqdadır.
Ali məktəbimizin rektoru, kollektivimizin sevimlisi Elbrus İsayevin rəhbərliyi və müəllifliyi ilə qətiyyətlə həyata keçirilən layihələr bir başa olaraq, tələbələrin maraqlarını ifadə edir və xüsusilə də, onların bilik və bacarıqlarının daha da təkmilləşməsinə hesablanıb.
Artıq universitetimizdə son 5 ildə gündəlik dövlət qayğısı ilə həyata keçirilmiş olan tədbirlər, təkcə Açıq mikrofonla yekunlaşmır. Burada rektorumuzun rəhbərliyi ilə görülən işlər, tələbələr üçün:
- açıq təşəbbüslər;
- sərbəst ideyalar;
- açıq müraciət;
- faydalı fikirlər;
- məhsuldar yanaşmalar üçün motivasiya yaradır və Rektor tərəfindən dəstəklənir.
21 fevral 2025-ci il tarixində nəzərdə tutulmuş olan növbəti Açıq mikrofon da bu sahədə daha uğurlu nəticələr gətirmiş olacaq.
Naxçıvan Dövlət Universiteti malik olduğu elm və tədris perspektivləri ilə daha mütərəqqi inkişaf yolunu keçməkdədir. Bu yol, özündə bir tərəfdən, ixtisaslı kadrların hazırlanması, digər tərəfdən, həmin kadrları dövlət quruculuğu proseslərinin çox müxtəlif sahələrində əhəmiyyətliliyinin yüksəldilməsinə işıq salması ilə daha da önəmli oldu. Qürurla qeyd etmək olar ki, Naxçıvan Dövlət Universiteti, son beş ildə uğurla davam etdirdiyi islahatlar əsasında ölkənin milli təhsilinin uzunmüddətli perspektivlərinə öz təhfəsini verməkdədir. Buna görə də, universitetmiz sağlam və etibarlı ixtisaslaşma mühitinin yaradılması ilə yetişdirdiyi kadrlar da cəlbediciliyinə görə seçilməkdədir. Və universitetimiz bu sahədə ölkəmizin mühüm dövlət strukturları ilə davamlı əməkdaşlıqlar içərisindədir.
Bu günlər Naxçıvan Dövlət Universitetinin tədris proseslərində mühüm hadisələrlə yadda qalacaq. Belə ki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Palatanın təlimçi əməkdaşları ali məktəbimizdə oldular. İstər hörmətli Vüqar müəllimin, istərsə də Palatanın əməkdaşlarının çıxışlarında ali məktəbizimin tələbələrinin ixtisalaşma proseslərindəki uğurları bildirmələri hər birimizdə sonsuz qürur yaratmış oldu. Kadr hazırlığı proseslərində universitetimizlə əməkdaşlığa önəm verdiklərini bildirən dəyərli qonaqlarımız, Hesablama Palatasının strukturunda Naxçıvan Dövlət Universitetinin məzunlarının da olmasını ifadə etdilər.
Dövlət Gənclər Siyasətinin olduqca mühüm ifadəsi olan bu proseslər, Azərbaycan Respublikasının Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması müstəvisində daha mütərəqqi mərhələyə qədəm qoydu.
Artıq yeni əməkdaşlıq mərhələsində, Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarında yüksək göstəriciləri ilə fərqlənən tələbələr üçün Hesablama Palatasının təcrübəli mütəxəssisləri tərəfindən “Dövlət sektorunda audit” üzrə təlim proqramı başladılmışdır. Bununla da, elə universitetimizin mühasibat, maliyyə, audit və bu kimi sferalar üzrə ixtisaslaşmış olan tələbələri Hesablama Palatasının kadr hazırlı proqramlarına daxil olunur və onlar qarşıdakı illər üzrə Palatanın strukturuna dəvət olunma şansı əldə edirlər.
Təbii olaraq, bu hədəflər, “Dövlət sektorunda audit” layihəsi müstəvisində çeviklik və fəallıq tələb edən mahiyyət kəsb edir və beləliklə də, ölkənin ali tədris siyasətinin yeni nəticələrinə töhfə olacaqdır.
Qarşılıqlı əməkdaşlıq üzrə səmərəli, faydalı və məhsuldar ideyaların müəllifi olan hörmətli Rektorumuz Elbrus İsayevə və Azərbaycan Respublikası Hesablama Palatasının Sədri hörmətli Vüqar Gülməmmədova minnətdarlıq edirik.
Pakistanda terror... - Rəsmi Bakı başsağlığı verdi
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR