Kərə yağının qiyməti bahalaşıb - "Nə edək, yaşamayaq?!” - “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə..."
22-02-2025 [10:58]
Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata yüksələrək 2,3% artım göstərib.
Eyni dövrdə idxal kərə yağının qiyməti isə 19,53 manatdan 19,79 manata qalxaraq 1,3% artım olub.
“Yeni Müsavat”ın əməkdaşı bir neçə marketdə olub, qiymətlərlə maraqlanıb. Qeyd edək ki, Bakıda kərə yağı qiymətləri markaya, çəkisinə və satış nöqtəsinə görə dəyişir. Nizami rayonunda yerləşən supermarketlərin birində qiymətləri öyrənirik. Misal üçün:
“President” yağı (1 kq, 82%) - 34 AZN
Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55 AZN
Almaniya istehsalı olan “Gerda” (1 kq) isə 27.50 AZN
“Best Cow” yağı (1 kq) - 23.19 AZN
“Westgold” (1 kq) - 23.90 AZN
Zellandiyanın “Colden Crown” yağı (1 kq) - 22.90 AZN
Belarusun “BelMas” (1 kq) yağı - 22.90 AZN
“Maslo Litovskoe” (1 kq) - 21.99 AZN
“Zellandiya” yağı (1 kq) - 21.50 AZN
“Golden Crown” yağı (1 kq) - 17.90 AZN
“Belorusskoe” (1 kq) - 20.99 AZN
“Tulçinka” (1 kq) - 9.28 AZN-ə satışa qoyulub.
Göründüyü kimi, marketlərdə qiymətlər ötən aylara nisbətən xeyli artıb. Alıcılar deyir ki, qiymətlər demək olar ki, hər gün bahalaşır.
Bizimlə söhbətdə Bakı sakini Zərifə Məmmədovanın sözlərinə görə, ötən ay aldığı yağın qiyməti üç dəfə artıb: “Baxın bu, ”BelMas" yağını ötən aylarda 19 manata alırdım, indi 23 manata olub. Mədəm xəstədir, hər yağı yeyə bilmirəm, ucuz yağ yeyən kimi ziyanın çəkirəm. Bu yağa öyrəşmişəm, amma az sayda gətirilir, özü də baha qiymətə. Pulumuz elə yağa çatır".
Ziyafət adlı alıcı da qiymətlərin baha olmasından şikayətləndi: “Dünən aldığımız məhsulu bu gün başqa qiymətdə görürük, belə şey olar? Bütün malların qiyməti qalxıb, amma yağın qiymətinə çata bilməz. Ən ucuz kərə yağları belə bahalaşıb. Nə edək, yaşamayaq?!”
Yeri gəlmişkən, bazarda yerli istehsalçılar və fərdi satıcılar tərəfindən təklif olunan təbii nehrə yağları da mövcuddur. Onların qiymətləri keyfiyyətə və satıcıya görə dəyişə bilər. Amma mütəxəssislərə görə nehrə yadı adı altında satılan bu yağlar da əsil deyil, işbazlar buna da əl ataraq, insanları aldadırlar.
İqtisadçı ekspert Xalid Kərimli bizimlə söhbətdə deyib ki, kərə yağının bahalaşmasını Avropada heyvandarlıqda məhsuldarlığın azalması və dünya bazarında süd məhsullarının qiymətinin artması ilə əlaqələndirir: “Azərbaycanda bir çox istehsalçılar xammalı xaricdən idxal etdikləri üçün, qlobal qiymət dəyişiklikləri yerli bazara da təsir edir. Bundan əlavə, ölkədə südlük istiqamətli heyvanların sayının tələbatı tam ödəməməsi və iqlim dəyişiklikləri kimi amillər də qiymət artımına səbəb olan digər faktorlardır”. Ekspertə görə, keçən il 14 ay ardıcıl olaraq dünyada yağ qiymətlərində, ağartı məhsullarının qiymətlərində bahalaşma müşahidə edilib: “Yağ məhsulları ölkəmizə əsasən üç istiqamətdən idxal olunur. Birinci istiqamət Okeaniya bölgəsidir - Yeni Zelandiya və Avstraliyadan gətirilir. Orada heyvandarlıq yaxşı inkişaf edib. İkinci istiqamət isə MDB məkanıdır - Rusiya və Belarus. Üçüncü istiqamət isə Qərbi Avropa ölkələridir - Fransa, Niderlanddır. Yəni, hər üç istiqamətdə dünyada yağ qiymətlərinin bahalaşması müşahidə olundu və təbii ki, bu, bizim bazarlara da təsir göstərdi. Dünyada qiymətlər niyə bahalaşdı? Çünki tələbat çox idi. Hazırda isə stabilləşmə var. Amma bu bahalaşma uzun müddət, noyabrdan etibarən bir ildən çox davam etdi və qlobal səviyyədə təsirini göstərdi. Buna görə də bizim bazara da təsir etdi”.
Ekspertə görə 2024-cü ilin sentyabr ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (təxminən 9,5 manat) olsa da, pərakəndə satış şəbəkələrində bu məhsulun qiyməti 20,9 manata qədər yüksəlmişdir. Bu, idxal qiymətləri ilə satış qiymətləri arasında əhəmiyyətli fərqin olduğunu göstərir.
Noyabr ayında isə kərə yağının qiymətində əlavə artım qeydə alınıb. Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan “Belarus” kərə yağı, dekabr ayında 23,95 manata qədər bahalaşıb. Bu, bir ay ərzində təxminən 10% qiymət artımı deməkdir. Ümumiyyətlə, kərə yağı qiymətlərinin artması həm qlobal bazarlardakı dəyişikliklər, həm də yerli istehsal və idxal xərclərinin yüksəlməsi ilə əlaqədardır.
Sosioloq Elçin Bayramlının isə kərə yağı ilə bağlı fikri diqqət çəkir: “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə Rusiya, Belarus markalarının adlarını yazıb, Kremlin, Minskin şəkillərini yapışdırıb sırıyırlar camaata. Camaat da elə bilir 14-15 manata Belarus və ya Rusiya kərə yağı alır. Halbuki Belarus yağı Bakıdakı öz rəsmi dükanlarında 25 manatdır. Yalnız bağlamanın arxasında xırda hərfləri oxuyan adamlar başa düşür ki, bu əslində Böyükşorda, filan dalanda, ya da Abşeron rayonunun Məhəmmədi kəndində fiziki şəxs filankəs tərəfindən hazırlanıb. Bu adamların ana dilimizə tüpürməsi, əcnəbi sözlərlə insanları aldatması bir yana qalsın, bəs palma və ya marqarindən düzəldilmiş bu trans yağları yeyib xərçəngə və sair ağır xəstəliklərə tutulan adamları kim müalicə edəcək? Əlbəttə ki, dövlət. Deməli, bunlar həm dövlətə zərbə vurur, həm əhaliyə. Bir aidiyyəti orqan da yoxdur ki, bunlarla məşğul ola. Qida bazarında tam anarxiya və özbaşınalıqdır. Yadda saxlayın- marketlərdə təbii qida adına heç nə yoxdur”.
MİA.AZ
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə qatılacaq
Prezident İlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı - Sərəncam
BMT-nin sülhməramlısı olan azərbaycanlı zabit təltif edilib
Jurnalist nazirlikdən getdi, "Həmkar"larda mətbuat katibi oldu
Pezeşkianın qızı və oğlu da Bakıya gəlibmiş - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Zaur Mikayılovun qudası vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
Xocalıda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb
Bakıda dələduzluq edən 65 yaşlı şəxs saxlanılıb
Sahib Məmmədovun kadr siyasəti - AHİK-in yeni sədri təyinatlarda kimlərə üstülük verir?
Qəyyumluq və himayəçiliklə bağlı qanun dəyişib
e-keyfiyyet.gov.az sistemi yaradılıb
Subsidiyalar, güzəştli kreditlər, lizinqlə alınan kənd təsərrüfatı vasitələri... - Nəzərat güclənəcək
FHN-in yubiley medalı təsis olunub - FOTO
Birinci siniflərinə şagird qəbulu başlayıb
Kamran Əliyevin səlahiyyət müddəti daha 5 il artırılır - Mili Məclis qərar verdi (Yenilənib)
Tramp: "Rusiya sürətlə irəliləyir, böyük və qüdrətli bir ölkədir, ancaq ABŞ qədər güclü deyil” - "Zelenskiyə Romada dedim ki..."
NAZİR "VURULAN" MƏMURU ÇOX İŞSİZ QOYMADI - İntiqam Babayev hansı istedadın sahibidir ki...
Bakıdan Şəkiyə qoyun oğurlamağa gedən bu şəxslər tutuldu - FOTO
Əlahiddə Ümumqoşun Ordu təlimdə - VİDEO
Ağcabədidə ağır qəza: iki hərbçi ölüb - VİDEO, FOTO
Azərbaycan nefti daha 1.13 dollar ucuzlaşdı - Qiymət 65 dollara enib
“Rabitəbank”ın problemli kreditləri artıb
50 yaşlı aktrisanın geyimi təqdir olundu - FOTO
Salyanda əməliyyat: Qismət Salahov saxlanılıb
İstanbulda 4 məktəb boşaldılıb - Zəlzələ qəzalı vəziyyət yaradıb
ABŞ-la UKRAYNA ARASINDA TARXİ SAZİŞ İMZALANDI - "Ukrayna sürətlə toparlanacaq, Rusiya və müttəfiqləri isə..."
Türkiyədə avtobus qəzaya uğrayıb - 28 nəfər yaralanlb
Çempionlar Liqası: 6 qol və “Barselona”nın şansı
Azercell “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb - FOTOLAR
Hindistan hava məkanını qapadıb
Türkiyədə yumurta kəskin ucuzlaşdı - 55-55 faiz
“Fənərbağça”nın sabiq futbolçusu “Bavariya”dan ayrılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Azərbaycandan kömək istəyib
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Abbas Əliyev Aparat rəhbərinin müavini təyin olunub - Dövlət Xidmətindən AHİK-ə növbəti "transfer" olub
Azərbaycan və Küveyt arasında əməkdaşlıq dərinləşir - Xarici İşlər Nazirliyi məlumat yayıb
Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib
Müğənni: "Kişinin mənliyi olmalıdır"