Bələdiyyə sədrinə ittiham aktı hazırlanıb - 15 ilə qədər həbs gözləyir

img

21-02-2025 [14:49]


İstanbulda “silahlı terror təşkilatı PKK/KCK üzvü olmaq” ittihamı ilə həbs olunan Esenyurt bələdiyyə başqanı Ahmet Özer haqqında ittiham aktı hazırlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında bələdiyyə sədrinin İmralı adasında ömürlük cəzasını çəkən PKK lideri Abdullah Öcalana qədər əlaqəsinin olduğu qeyd edilib.

Türkiyə mətbuatı yazır ki, ittiham aktında yer alan iddialar məhkəmə tərəfindən sübut olunarsa, Özerə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası veriləcək.

Xatırladaq ki, Ahmet Özer son bələdiyyə seçkisində CHP üzvü kimi seçkiyə qatılıb və qalib gəlib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA