ABŞ-da İki kiçik təyyarə havada toqquşub - Biri yanıb, digəri salamat eniş edib

img

20-02-2025 [09:25]


ABŞ-da,"Cessna 172S" və "Lancair 360 MK II" təyyarələri Marana Regional Hava Limanı yaxınlığında havada toqquşub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tukson şəhərinin şimal-qərbində baş verən qəzada təyyarələrdən biri sağ-salamat eniş edə bilib, digəri isə qəzaya uğrayaraq yanıb.

Marana Polis İdarəsindən bildirilib ki, qəzada iki nəfər ölüb: "Təyyarədə olan 4 nəfərdən ikisi ölüb, ikisinin isə vəziyyəti ağırdır"

Marana Regional Hava Limanının direktoru Galen Beem isə bildirib ki, baş verən adisə böyük təəssüf doğurur: "Həlak olanların ailələrinə başsağlığı verirəm. Hazırda qəza ilə bağlı araşdırmalar davam edir".

Xatırladaq ki, son aylar ABŞ-da belə qəzxaların sayı artıb.

Lamiyə Əhmədli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA